Azərbaycan İdeyası

Moskvada kütləvi etiraz aksiyası

Tarix:12-06-2019, 15:31
Baxış Sayı:206

Moskvada jurnalist İvan Qolunovu dəstəkləmək üçün bu günə təyin olunmuş kütləvi etiraz aksiyası baş tutub. Polis aksiya iştirakçılarını saxlayıb.
Korrupsiya-q.az Rusiya mətbuatına istinadən xəbər verir ki, azı 35 nəfər saxlanılaraq polis şöbələrinə aparılıb. Onların arasında “Meduza”, “Kommersant” nəşrlərinin, “Dojd” telekanalının, “Reuters” agentliyinin əməkdaşları və Rusiyanın “əsas müxalifətçisi” Aleksey Navalnı da var.
Saxlanılanlardan biri – “Vedomosti” qəzetinin müxbiri Vitali Petlevoy bildirib ki, Trubnaya meydanında yeməyə gedərkən tutulub. Saxlanılmanın səbəbi jurnalistə izah olunmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları marşın keçiriləcəyi Myasnitskaya küçəsinə gedən yolu bağlayılblar. Aksiya iştirakçıları başqa küçələrdən keçməyə çalışırlar.
“Qovorit Moskva” xəbər verir ki. yürüş iştirakçıları Moskva polisinin inzibati binasına tərəf gedərək, Qolunovun tutulmasında günahı olan polis əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.
Rusiya paytaxtının polisi məlumat verib ki, saxlanılanlar barədə informasiya yoxdur.
Xatırladaq ki, “Meduza” nəşrinin əməkdaşı İvan Qolunov narkotiklərin yayılması ittihamı ilə saxlanılmışdı. İctimaiyyətin və jurnalistlərin misli görünməmiş təzyiqi altında məhkəmə jurnalisti ev dustaqlığına məhkum etmişdi. Lakin dünən Rusiyanın daxili işlər naziri çıxış edərək, Qolunovun işinə xitam verildiyini bildirmişdi.
Moskvada kütləvi etiraz aksiyası




[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.