Azərbaycan İdeyası

Azərbaycanlı oğrudan Türkiyədə həmyerlisinə qarşı DƏHŞƏTLİ ƏMƏL

Tarix:11-07-2019, 15:45
Baxış Sayı:161

KORRUPSİYA-Q.AZ
Türkiyənin Küçükçekmece bölgəsində özünü polis kimi təqdim edərək evlərə girib turistləri qəsb edən şəxslərə qarşı əməliyyat keçirilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı 1 nəfər saxlanılıb, digər şübhəlini yaxalamaq üçün axtarışlar davam etdirilir. Belə ki, polislər cinayətkarları yaxalamaq üçün hadisə yerindəki kamera görüntülərini izləyərək onların kimliyini müəyyən ediblər. Onların həyata keçirdiyi əməliyyatlar nəticəsində bu hadisələrin məsul şəxsi kimi tanınan Röyal A. saxlanılıb. Digər şəxs hələ də axtarışdadır.

Türkiyəyə saç əkdirmək üçün gedən azərbaycanlı D.Z.Havid orada Röyal A. ilə tanış olub və mayın 12-də onun evinə gedib.

İddialara görə, Röyal A. onu evdə qoyub ayrıldıqdan qısa müddət sonra evə maskalı və əlində bıçaq olan bir şəxs girib. D.Z.Haviddən 2100 dollar, 20 min rubl və bir ədəd telefon oğurlayıb. Bu hadisədən sonra Röyal A. evə gələrək heçnə olmamış kimi davranıb.

Şübhəlilərin həyata keçirdiyi ikinci cinayət isə 10 iyun tarixində gerçəkləşib. Əldə olunan məlumatlara görə İran vətəndaşı Hamidi G. dostu ilə evində olarkən qapı döyülüb və o qapını açıb. Özlərini polis kimi qələmə verən iki şəxs evə girərək axtarış edəcəklərini deyiblər. Axtarış bəhanəsi ilə içəri daxil olan şəxslər 4 ədəd mobil telefon və 200 iran realı oğurlayaraq qaçıblar. Polislər cinayətkarları tapmaq üçün əməliyyatlara başıayıb.

Röyal A. məhkəmədən sonra həbsxanaya göndərilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı