Azərbaycan İdeyası

Tarixin qorxunc cinayəti: Durduğu yerdə saçları tökülən insanlar… – Yalanlar, həqiqətlər

Tarix:6-08-2019, 17:45
Baxış Sayı:159

KORRUPSİYA-Q.AZ

ABŞ ordusunun 1945-ci il avqustun 6-da Yaponiyanın Xirosima, həmin ilin avqustun 9-da isə Naqasaki adalarına atdığı atom bombaları yüz minlərlə insanın ölümünə səbəb olduğu halda, qətliamdan sonra körpələr radiasiya səbəbindən şikəst doğulmuş, yüz minlərlə insan yenə də radiasiyaya görə xərçəngə tutulmuşdu. ABŞ bu qorxunc qətliamın savaşı bitirdiyi yalanını irəli sürdü.

Teleqraf.com xəbər verir ki, aradan uzun illər keçməsinə və ağır nəticələr ortaya çıxarmasına baxmayaraq, bu günədək ABŞ-dan Xirosima və Naqasakinin izahatı tələb olunmayıb.

6 avqust tarixi ABŞ ordusunun Yaponiyanın Xirosima adasına atom bombası atdığı gündür.

“Sınaq uğurla başa çatdı”

Dönəmin ABŞ Prezidenti Harri Trümen Xirosimaya atom bombası atıldığı xəbərini eşidəndə belə demişdi: “Sınaq uğurla başa çatdı”.

Trümendən əvvəl isə mediaya açıqlama verən Ağ Evin mətbuat katibi Eben Ayers bu ifadəyə yer vermişdi: “16 saat əvvəl bir Amerika qırıcısı yapon ordusunun ən önəmli bazası olan Xirosimaya atom bombası atıb. Bu bomba 20 min TNT gücündədir. Yaponlar savaşa Perl Harborda havadan başlamışdı və bunun əvəzini ödədilər. Bu, bir atom bombasıdır, bu, kainatın ən fundamental gücünün işə qarışmasıdır”.

ABŞ sonralar bu qətliama haqq qazandırmaq üçün “yaponlar başladı” ifadəsinə yer verməyə başladı. Yüz minlərlə insanın yaşadığı Xirosima adasının “yapon ordusunun bazası” adlandırılması da, ABŞ-a qarşı tarım çəkilmiş əsəbləri sakitləşdirməyə yönəlmişdi. Sonrakı günlərdə ABŞ Silahlı Qüvvələri tərəfindən mediaya ötürülən fotolarda Xirosimadakı böyük sənaye obyektlərinin hədəf alındığı iddia olunmuşdu.

ABŞ mediası və hökumətin açıqlamaları

ABŞ mediasının o dönəmki yayımları “hökumət tərəfindən ötürülən xəbərlər”, yaxud “mətbuat xidmətindən verilən məlumat” tezislərinə əsaslanırdı. Yəni, yalanları ört-basdır etmək üçün ictimaiyyətə ölçülüb-biçilmiş məlumatlar təqdim olunurdu.

Lakin ilk atom bombasının hazırlanma və sınaq mərhələsi sayılan “Manhattan proyekti”nin direktoru, general Lesli Qrovs sonralar qürurla bunları deyəcəkdi: “Bir çox qəzetlər bizim açıqlamaları bütöv formada yayımladı. Bu, ictimaiyyətin hökumətdən verilən açıqlamalara inandığı nadir zamanlardan biri idi”.

Gerçəklər və yalanar

Xirosimaya dair danışılan yalanlar xüsusilə amerikalı jurnalistlərin Yaponiyaya gedərək Xirosimada araşdırma aparması ilə ortaya çıxdı. Durduqları yerdə ölən, saçları tökülən insanlarla qarşılaşan jurnalistlər məsələnin ABŞ hökuməti və medianın təqdim etdiyi kimi olmadığını anladılar.

Jurnalistlərin ortaya çıxardığı yalanlar və həqiqətlər isə belə idi:

Yalan: “Mülki insanları xəbərdar və təxliyyə etmək üçün təyyarələrdən broşür atıldı”.

Gerçək: “Broşürlər Xirosima və Naqasakiya atom bombaları atıldıqdan sonra paylanıldı”.

Yalan: “Atom bombasının istifadə edilməsi savaşın vaxtını azaltdı”.

Gerçək: “Yaponlar Xirosimaya bomba atılmazdan üç gün öncə Potsdam Konfransından qayıtdıqdan sonra sülh elan etməyə hazırlaşırdı”.

Yalan: “Yapon ordusunun önəmli bazası olan Xirosima bombardman edildi”.

Gerçək: “350 min insanın yaşadığı Xirosimanın şəhər mərkəzi bombardman edildi. 30 hədəfdən ancaq dördü hərbi baza idi”.

Yalan: “Xirosimada yox edilən ərazilərdə əsasən sənaye obyektləri yerləşirdi”.

Gerçək: “Bölgədə ancaq 3 tekstil atelyesi vardı, ən böyük zərər yaşayış ərazilərinə dəydi. Nəticədə Xirosimadakı istehsalat, nəqliyyat və digər sənaye obyektlərinin ancaq 10 faizi zərər gördü”.

Yalan: “Artıq radiasiya Xirosima və Naqasakini ələ keçirmək üçün qalan Amerika hərbçiləri üçün təhlükə deyil”.

Gerçək: “Artıq radiasiyanın bir çox mənbəyindən biri olan və atom bombası atıldıqdan sonra yağan “qara yağış” torpağı çirkələndirmişdi”.

Müəllif: Mənsur Rəğbətoğlu [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO