Azərbaycan İdeyası

ABŞ və İran qarşı-qarşıya: "3-cü bir dövlətin ərazisində müharibə şiddətlənəcək" - Politoloq rəyi

Tarix:23-09-2019, 14:08
Baxış Sayı:158


Son günlərdə ABŞ və İran arasındakı gərginlik pik həddə çatmaqdadır. Hər iki tərəfin birtərəfli güzəştə getmək istəməməsi və geri addım atmaması belə bir təəsürat yarada bilər ki, proses danışıqlarla yox, hərbi əməliyyatlarla yekunlaşacaq. Bəs bu nə dərəcədə realdır?
Korrupsiya-q.az mövzu ilə bağlı politoloqların fikirlərini öyrənib. Saytımıza danışan politoloq, “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, mövcud vəziyyətdə iki tərəf arasında görüş güman ki, baş tutmayacaq:
“Həqiqətən də, İranla ABŞ arasında gərginlik getdikcə artmaqdadır. Son hadisə - Səudiyyə Ərəbistanının neft emalı zavoduna edilən hücum bu vəziyyəti daha da mürəkkəbləşdirib. Düzdür, İran həm ABŞ, həm də Səudiyyə tərəfindən iddiham olunur ki, hücumu o həyata keçirib, İran isə inkar edir. Vəziyyət getdikcə gərginləşir və İrana qarşı sanksiyalar da artır. Belə bir vəziyyətdə bölgədə lokal toqquşma ehtimalı da artır. Çünki düşünülmədən edilən bir hərəkət müharibəyə gətirib çıxara bilər. Həmçinin Səudiyyə Ərəbistanının milli neft şirkətinə edilən hücum da. Yəqin ki, Səudiyyə bu hücumu cavabsız qoymayacaq. Tərəflər gərginliyin azalması üçün də heç bir addım atmırlar. Əslində daha əvvəl ABŞ və İran prezidentlərinin BMT Baş Assambleyasının iclası çərçivəsində görüşü də nəzərdə tutulmuşdu. Amma bu gərginlik fonunda aydındır ki, bu görüş də baş tutmayacaq”. Politoloq Nəzakət Məmmədova isə qeyd etdi ki, birbaşa hərbi əməliyyatlar real görünməsə də, üçüncü bir dövlətin ərazisində bu münaqişə gedir və daha da şiddətlənəcək:
“Biz hal-hazırda ABŞ İran gərginliyinin ən yüksək həddini müşahidə edirik. Bundan sonrakı mərhələ artıq birbaşa hərbi əməliyyatlardır. ABŞ və İranın İsrail ərazisinə hücumu ola bilərdi, lakin bu inandırıcı deyil. Bu ssenarinin baş tutması təkcə İran deyil, həmçinin ABŞ üçün də çox ağır nəticələrə gətirib çıxara bilər. Ona görə də, ABŞ-ın İran ərazisinə quru qoşunları və ya başqa qoşun növləri ilə müdaxilə etməsi inandırıcı deyil. Lakin, 3-cü bir ölkənin ərazisində bu müharibə gedir və daha da şiddətlənəcək. Yəmən, Livan, Suriya, Fələstin, İraq ərazisində ABŞ-İran, İsrail-İran və Səudiyyə Ərəbistanı ilə İran arasında münaqişələr davam edəcək. ABŞ, Səudiyyə və İsrail bir müttəfiq olaraq İrana aid obyektlərdə təxribat aksiyaları keçirə bilərlər. Ola bilər ki, İran ərazində terror və təxribat aksiyaları həyata keçirsinlər. Lakin birbaşa İran ərazisinə hərbi əməliyyatlar çox riskli olduğu üçün ABŞ və İsrail bunu etməyəcək. Bununla bərabər, İran da bunları cavabsız qoymayacaq. Səudiyyə Ərəbistanının neft emalı müəssisələrinə edilən hücumlar göstərdi ki, İran sona qədər müqavimət göstərəcək. Eyni zamanda, Astana prosesinin iştirakçısı olan ölkələr - İran, Rusiya və Türkiyənin Ankaradakı son görüşündə İran belə bir təklif irəli sürdü ki, Astana prosesi Yəmən üçün də keçərli olsun. Bu da onu göstərir ki, İran ABŞ və İsraillə mübarizədən geri çəkilməyəcək. Tərəflərin heç biri geri çəkilməyəcək və birtərəfli güzəştə getməyəcəklər”.
Məsələ ilə bağlı politoloq İlyas Hüseynov isə düşünür ki, iki ölkə arasındakı gərginlik müharibəyə qədər irəliləməyəcək və danışıqlar baş tutacaq:
“ABŞ İran gərginliyinin kökündə Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkətinin emal zavoduna edilmiş hücumlarda ABŞ-ın İranı günahlandırması dayanır. Son illər ABŞ-İran qarşıdurması gərgin xarakter almağa başlayıb. Çünki, əvvəlcə ABŞ-İran münasibətlərində əldə olunan razılaşma və İranın nüvə proqramı ilə bağlı olan nailiyyətləri münasibətlərin soyuqlaşmasına səbəb olmuşdu. Daha sonra, Körfəzdə yaşanan gərginlik və son dron hücumları ABŞ-ın İranı sanksiyalar tətbiq etməklə hədələməsi ilə nəticələnmişdi. İranın rəhbəri Həsən Ruhani Ankarada Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin ilə görüşdə bu dron hücumlarında İranın rolunun olmadığını bildirsə də, dolayı yolla razılıq da ifadə etmişdi. Təbi ki, bu məsələdə İranın dəstəyinin və yaxud rolunun olub-olmaması araşdırılmalıdır. Çünki bu dronların İranın, Yəmənin yoxsa Səudiyyə Ərəbistanının ərazisindən qalxdığı hələ də mübahisə predmeti olaraq qalmaqdadır. Əsas məsələ neftin qiymətinin qalxıb-qalmayacağı idi ki, bu barədə də "Saudi Aramco" şirkəti açıqlama verdi ki, artıq dəymiş zərər aradan qaldırılır və neft hasilatı əvvəlki həddə çatdırılacaq və neftin qiymətində mənfi dəyişiklik olmayacaq. Düşünürəm ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar hərbi əməliyyatlara qədər çatmayacaq və danışıqlar davam etdiriləcək.
Politoloq həmçinin əlavə etdi ki, hər halda ABŞ İranın aqressiv siyasətinə qarşı tədbirlər görəcək və sanksiyalar davam etdiriləcək:
“Burada ABŞ-ın özünün münasibətlərində müəyyən qədər təşəbbüskarlıq olmalıdır. ABŞ Konqresində hətta demokratlar da dron hücumlarında İranın günahkar olduğunu deyirlər. Halbuki, Trampın imzaladığı sənədlərdə, yazdığı tvitlərində demokratlar onu tənqid edirlər və ona qarşı çıxırlar. Bu məsələdə isə onların Trampı dəstəkləməsi göstərir ki, ABŞ-da İrana qarşı münasibət yekdildir və İranın aqressiv siyasətindən, bölgədə gərginlik yaratmasından çəkindirilməsi üçün bir sıra addımlar atılacaq. Bu da ilk növbədə sanksiyaların tətbiq edilməsi və siyasi diplomatik cəbhədə ABŞ-ın hücuma keçməsi ilə müşahidə ediləcək”.


ABŞ və İran qarşı-qarşıya: "3-cü bir dövlətin ərazisində müharibə şiddətlənəcək" - Politoloq rəyi

ABŞ və İran qarşı-qarşıya: "3-cü bir dövlətin ərazisində müharibə şiddətlənəcək" - Politoloq rəyi

ABŞ və İran qarşı-qarşıya: "3-cü bir dövlətin ərazisində müharibə şiddətlənəcək" - Politoloq rəyi [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb