Azərbaycan İdeyası

Kərbəlada qan su yerinə axır: 20 ölü, 858 yaralı var (YENİLƏNDİ)

Tarix:29-10-2019, 14:58
Baxış Sayı:119


Kərbəla Polis Komandanlığı etiraz aksiyalarında 20 nəfərin öldüyünə dair çıxan iddiaları təkzib edib.

kORRUPSİYA-Q.AZ xəbər verir ki, polis şəhərdə sadəcə 1 nəfərin öldüyünü, onun da aksiyalardan çox uzaqda olduğunu bildirib.

Açıqlamada ölü sayı bağlı gerçək rəqəmləri öyrənmək üçn Hüseyni Xəstəxanasındakı Tibbi Ekspertiza qurumuna müraciət edə biləcəkləri də qeyd olunub.

Mətbuatda çıxan xəbərlərin reallığı əks etdirmədiyi vurğulanan məlumatda bu xəbərlərin xalqı təşvişə salmaq, qıcıqlandırmaq məqsədi daşıdığı bildirilib. Əsassız xəbərlər yayanların isə məhkəməyə veriləcəyi deyilib.

Qeyd edək ki, aksiyalardakı ölüm xəbərlərini qeyri hökumət təşkilatları yayıb. Onlar xəstəxanalardakı meyitlərin görüntülərini sosial mediaya yükləyiblər.

***

11:54

İraqın Kərbəla şəhərində işsizlik, sosial xidmətlərin çatışmazlığı kimi səbəblərdən başlayan və daha sonra hökumətə qarşı çevrilən etiraz aksiyaları 4-cü gündür ki, davam edir.

Publika.az xəbər verir ki, etirazçılarla polis arasında baş verən qarşıdurmada bu günə qədər 20 nəfər ölüb, 858 nəfər yaralanıb.

Polis iğtişaşçıları dağıtmaq üçün silahdan istifadə edir.

Sosial mediada polisin zorakılığı və Kərbəla xəstəxanasındakı meyitlərin görüntüləri paylaşılır.

Paytaxt Bağdadda gecə boyu küçəyə çıxma qadağası qoyulsa da, yüz minlərlə etirazçı Təhrir meydanına toplaşıb. Burada təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən insident nəticəsində 5 nəfər həlak olub, 112 nəfər yaralanıb.

İraq İnsan Haqları Ali Komissarlığı etiraz aksiyalarında ölənlərin sayının 74 olduğunu açıqlayıb. Lakin İraq mətbuatı bu rəqəmin 100-ə yaxın olduğunu iddia edir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.