Azərbaycan İdeyası

“Bundan özünə pay ayıra bilər” - Trampı gücləndirəcək qərar

Tarix:20-12-2019, 13:04
Baxış Sayı:99


ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın iqtisadi siyasətində rəmzi yeri olan Kanada və Meksika ilə sərbəst ticarət anlaşmasını təsdiq edib.
Korrupsiya-q.az xəbər verir ki, Şimali Amerika Ticarət Sazişinin (NAFTA) yerini tutacaq Yeni Sərbəst Ticarət Sazişi (USMCA) palatanın iclasında 385 səslə qəbul olunub.
Trampa yönəlik impiçment prosedurasındakı rolu ilə tanınan Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi jurnalistlərə açıqlamasında bu layihənin qəbul olunmasının ABŞ prezidentinə siyasi xal qazandıracağından narahat olmadıqlarını bildirib:
"Prezident bundan özünə pay ayıra bilər, amma bu, bizim sözügedən layihəni qəbul etməyimizə mane ola bilməz".
Qanun layihəsinin Trampın Nümayəndələr Palatasında impiçment edilməsindən bir gün sonra qəbul olunması da diqqət çəkib.
Donald Tramp 2016-cı il seçkiləri çərçivəsində NAFTA-nın ABŞ iqtisadiyyatına zərər verdiyi iddiası ilə ləğv edəcəyini açıqlamış, bunun yerinə ölkənin maraqlarını daha yaxşı qoruyacağını vəd etdiyi yeni bir ticarərt anlaşmasını irəli sürmüşdü. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO