Главная > Dünya / Gündəm > Türkiyədə baş verən yeni zəlzələdən sonra ölənlərin sayı altı nəfərə çatıb

Türkiyədə baş verən yeni zəlzələdən sonra ölənlərin sayı altı nəfərə çatıb


21-02-2023, 10:19. Разместил: Xuraman Quliyeva
Türkiyədə baş verən yeni zəlzələdən sonra ölənlərin sayı altı nəfərə çatıb
Türkiyənin Hatay vilayətində baş verən təkrar zəlzələ nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Türkiyənin Səhiyyə Nazirliyinin son məlumatına görə, yeni yeraltı təkanlar nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti ağırdır.

Hazırda axtarış-xilasetmə qrupları dağıntıların baş verdiyi ərazilərə cəlb ediliblər.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 ballıq zəlzələ baş verib.

Вернуться назад