Главная > Dünya / Gündəm > Kamçatka sahillərində bir gündə iki zəlzələ baş verib

Kamçatka sahillərində bir gündə iki zəlzələ baş verib


9-03-2023, 10:07. Разместил: Xuraman Quliyeva
Kamçatka sahillərində bir gündə iki zəlzələ baş verib
Rusiyanın Kamçatka yarımadasının cənub-şərq sahilləri yaxınlığında dənizdə sutka ərzində ikinci zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının vahid geofizika xidmətinin Kamçatka filialından məlumat verilib.

Zəlzələnin maqnitudası 5 bal, ocağı 61 km dərinlikdə olub.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhər dairəsindən 204 km cənub-şərqdə yerləşib.

Bundan əvvəl səhər saatlarında həmin dəniz zonasında 5,5 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

Mənbə: TASS
Вернуться назад