Главная > Dünya / Gündəm > Cənubi Koreya koronavirusla bağlı bütün icbari tədbirləri aradan qaldırır
Cənubi Koreya koronavirusla bağlı bütün icbari tədbirləri aradan qaldırır12-05-2023, 09:14. Разместил: Xuraman Quliyeva |
![]() Cənubi Koreyada koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən bütün icbari tədbirlər, o cümlədən məcburi təcrid iyunun 11-dən götürüləcək. Bu barədə dövlət başçısı Yun Sok Yol elan edib. “Xəstəxanalar istisna olmaqla, bütün yerlərdə maska taxmaq tələbinin ləğv edilməsi qərara alınıb”, - deyə prezident əlavə edib. Həmçinin qeyd olunur ki, məcburi yeddigünlük təcrid beşgünlük karantinlə əvəz olunacaq və bu, həkimlər tərəfindən tövsiyə kimi təyin ediləcək. Вернуться назад |