Главная > Dünya / Gündəm > Türkiyədə prezident seçkisinin ilk turunun yekun nəticələri bu gün açıqlanacaq

Türkiyədə prezident seçkisinin ilk turunun yekun nəticələri bu gün açıqlanacaq


19-05-2023, 10:19. Разместил: Xuraman Quliyeva
Türkiyədə prezident seçkisinin ilk turunun yekun nəticələri bu gün açıqlanacaq
Türkiyədə prezident seçkisi ikinci tura qalıb, qardaş ölkə mayın 28-də yenidən seçkiyə gedəcək.

Seçki təqvimində etirazların həlli üçün verilən müddət başa çatıb. Yekun nəticələr bu gün açıqlanacaq.

Prezident seçkisinin ikinci turunda ilk səslər xaricdə və gömrük-keçid məntəqələrində veriləcək.

Səsvermə mayın 20-də xaricdəki nümayəndəliklərdə başlayacaq və beş gün ərzində yekunlaşacaq. Xaricdə olan seçicilər mayın 28-i saat 17:00-dək gömrük-keçid məntəqələrində səs verə biləcəklər.
Namizədlər - hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Kemal Kılıçdaroğlu - birinci turda olduğu kimi, TRT-də iki dəfə təbliğat xarakterli çıxışlar edəcəklər.

Təbliğat mərhələsi mayın 27-si saat 18:00-da başa çatacaq.

Mənbə: TRT Haber
Вернуться назад