Главная > Dünya > Ərdoğandan Ankara terroru ilə bağlı ŞOK AÇIQLAMA

Ərdoğandan Ankara terroru ilə bağlı ŞOK AÇIQLAMA


22-10-2015, 17:11. Разместил: Xuraman Quliyeva

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı terror aktının arxasında dayanan güclərin adlarını açıqlayıb.
"Korrupsiya və Qanun" qəzeti Türkiyə mediasına istinadən xəbər verir ki, prezident hücumun “kollektiv terror aktı” olduğunu deyib.
“Deyirlər ki, terror aktını İŞİD, yaxud da başqası törədib. Bu tamamilə kollektiv bir terror aktıdır. Burada İŞİD də var, PKK da var, “Əl Muhaberat” da var, Suriyanın şimalındakı PYD terror təşkilatı da var. Terror aktını birlikdə planlaşdırıblar”, - Ərdoğan bildirib.
Вернуться назад