Главная > Dünya > Ukraynada azərbaycanlı güllələndi

Ukraynada azərbaycanlı güllələndi


7-11-2018, 15:37. Разместил: Xuraman Quliyeva

   Ukraynada azərbaycanlı güllələndi


Ukraynanın Kropivnitski şəhərində Azərbaycan vətəndaşı güllələnib.
Korupsiya-q.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna KİV məlumat yayıb.
"Noyabrın 6-da, yerli vaxtla 22:00-də Verxniy Permsk küçəsində naməlum şəxslər vətəndaşa atəş açıblar. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ölən kişinin şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, o, 40 yaşlı Azərbaycan əsilli vilayət sakinidir.
Faktla bağlı araşdırmalar aparılır", - vilayətin baş polis idarəsinin nümayəndəsi Vitalin Bevzenko deyib.
Yerli KİV-lər həmin şəxsin əvvəllər məhkum olunduğunu yazıblar. Hücum edənlərin iki nəfər olduğu bildirilib.

Вернуться назад