Главная > Dünya / Cəmiyyət > Moskvada azərbaycanlılarla ermənilərin kütləvi davası –OMON qarışdı

Moskvada azərbaycanlılarla ermənilərin kütləvi davası –OMON qarışdı


12-11-2018, 14:06. Разместил: Xuraman Quliyeva
Moskvada azərbaycanlılarla ermənilərin kütləvi davası –OMON qarışdı

Qarışıq döyüş növləri (MMA) üzrə Moskvada keçirilən АСВ 90 turnirində azərbaycanlılarla ermənilər arasında dava düşüb.
Bu barədə davada iştirak edən azərbaycanlılar sosial şəbəkələrdə yazıblar. Onların sözlərinə görə, tribunada baş verən davaya səbəb erməni azarkeşlərin əllərində qondarma Dağlıq Qarabağ Respublikasına aid bayraq tutmaları olub. Azərbaycanlı azarkeşlər hüquq-mühafizə orqanları əməkdaşlarını məsələdən xəbərdar etdiklərini, lakin heç bir tədbir görülmədiyini bildiriblər:
“İlk olaraq bizimkilərdən biri ermənilər oturduqları yerə soxuldu və bayrağı ələ keçirdi. Bu zaman kütlə onu döyməyə başladı. Digər qardaşımız köməyə getdi, ermənilərlə dava etməyə başladı. Ayaqqabısı ayağından çıxdı və onu geyinmək istədikdə ermənilərdən biri onu arxadan vurdu. O isə cavabında erməninin üzünə təpiklə vurdu. Bundan sonra tribunaya OMON bölmələri daxil oldular və bizi dubinkalarla oradan itələyib çıxardılar.
Biz bildirdik ki, bayrağı yığışdırmayana kimi oranı tərk etməyəcəyik. Polis əməkdaşı onların bayrağı ilə çölə çıxana kimi gözlədik. İstədiyimizə nail olmuşduq”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videolarda ermənilərin “qarışmayın, onlar azərbaycanlılardır”, “biz evə necə gedəcəyik” dedikləri eşidilir.(Qafqazinfo)


Вернуться назад