Azərbaycan İdeyası

“Azərbaycan elmi dünyada tanınmır...” – Sərdar Cəlaloğlu

Tarix:21-11-2018, 15:21
Baxış Sayı:233


 “Azərbaycan elmi dünyada tanınmır...” – Sərdar Cəlaloğlu

Korrupsiya-q.az xəbər verir ki, AzEdu.az-ın “Amma və lakin…” rubrikasında qonaqlar onlara təqdim olunan cümlələri tamamlayırlar.

Çünki həyatda hər şeyin bir əmması var... Təhsildə də bu gün bir çox uğurlu işlərin şahidi oluruq... Amma və lakin...
Bu “Amma”-nı rubrikanın budəfəki həmsöhbəti Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlundan eşidək:
-Sərdar müəllim, dövlət ali təhsil müəssisələri təhsilhaqqı baxımından tələbələr üçün daha sərfəlidir, amma və lakin...
...Dövlət universitetlərində təhsilin səviyyəsi aşağıdır. Üstəlik burada korrupsiya geniş inkişaf etdiyinə görə təhsilhaqqının aşağı olmasının heç bir əhəmiyyəti yoxdur.
-2019-cu ildə tətbiq olunacaq yeniliyə əsasən, kollec məzunları universitetlərə imtahansız qəbul oluna biləcəklər. Bu, ali təhsil müəssisələrinə qəbulu kütləviləşdirəcək, amma və lakin...
Çox güman ki, savadlı uşaqlar bu proqramdan kənarda qalacaqlar.
-700 bal toplayan tələbələr orta məktəb proqramını daha dərindən bilirlər, amma və lakin...
-Məncə, test sistemi onlarda hərtətəfli deyil, yalnız ixtisaslaşmış biliyin inkişafına səbəb olur.
-Qəbul edək ki, imtahanlarının test üsulu ilə keçirilməsi şəffaflığa şərait yaradır, amma və lakin...
-Hansı üsulun tətbiqindən asılı olmayaraq, əsas məsələ ədalətin gözlənilməsidir. O yerdə ki, ədalət yoxdur, üsulun da heç bir əhəmiyyəti qalmır.
-Deyilənə görə, dünya universitetlərinin reytinq cədvəlində Bakı Dövlət Universiteti də təmsil olunur, amma və lakin...
-Bu, həqiqətə uyğun deyil.
-Azərbaycan Milli Elmlər Akademiyasında son illər müəyyən canlanma hiss olunur, amma və lakin...
-Bu, elmə xeyirli canlanma deyil. Çünki AMEA hələ dünyamiqyaslı heç bir elmi nəticəni ortaya qoya bilməyib.
-Deyilənə görə, alimlərimizin beynəlxalq elmi bazalardakı məqalələrinin sayı artmaqdadır, amma və lakin...
-Azərbaycanda plagiatlıq geniş inkişaf etdiyinə görə, çox hallarda hətta ən yüksək titullu alimlərin məqalələri belə yalnız xarici müəlliflərdən köçürülmədən ibarət olur. Hətta xarici jurnallarda çap olunmanın əsasında da müəyyən maddi həvəsləndirmə durur. Yəni, hər hansı məqalə yüksək elmi tutumuna görə çap olunmur. Pul verib hansısa elmi jurnalda çap etdirirlər. Ona görə də çap sayı artsa da, Azərbaycan elmi dünyada tanınmır... [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı