Azərbaycan İdeyası

OĞLU ÖLDÜRÜLƏN ATANI ZƏRƏRÇƏKMİŞ QİSMİNDƏ TANIYAN QƏRARI NİYƏ LƏĞV EDİBLƏR?

Tarix:13-11-2015, 16:18
Baxış Sayı:538

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində zərərçəkmiş şəxsin hüquq və vəzifələri aydın əks olunmuşdur. Belə ki, CPM-nin 87-ci Maddəsinə görə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır .
Törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə
nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər.
Cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər
çəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.
Zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərərçəkmiş şəxs
qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir. Zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: ittihamın mahiyyətini bilmək; ifadə vermək; izahat vermək; cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün
materiallar təqdim etmək; etirazlar etmək; vəsatətlər vermək; məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismində tanınmasını tələb etmək; cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını
bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkət protokollarında qeyd olunmasını tələb etmək; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən, habelə məhkəmə iclasında qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək; ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq; birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək; birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda nitq və replika söyləmək; cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun xahişi ilə bu qərarların surətini əldə etmək; cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə və cinayət təqibinin rədd olunması barədə qərarların, ittiham aktının, hökmün və ya məhkəmə qərarlarının surətlərini almaq; təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya və ya kassasiya şikayəti vermək; xüsusi ittiham qaydasında cinayət təqibini həyata keçirərkən təqsirləndirilən şəxslə barışmaq; cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesi iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara etirazını bildirmək; onun şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə etirazı olduqda iştirak etmək; cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona vurulmuş ziyana görə qanunla müəyyən edilmiş kompensasiyanı dövlət hesabına almaq; cinayət işi üzrə icraat zamanı sərf edilmiş xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş
ziyana görə kompensasiya almaq; cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində və ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq; nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək; özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən, o cümlədən ona qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin törədilməsi haqqında şikayətdən imtina etmək; bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək hüquqları vardır.
Amma təcrübə göstərir ki, zərərçəkənlərin hüquqları bir çox hallarda pozulur, yaxud da onlar əsassız yerə bu hüquqlardan məhrum edilirlər.
Qəzetimizin poçtuna Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi massiv 1, ev 84-də yaşayan vətəndaş Maqsud Əsədovun ərizəsi daxil olmuşdur.
“Yazıb sizə bildirirəm ki, 2014-cü il noyabrın 28-də oğlum Əsədov Afəri avtomaşınla bilə-bilə vurub öldürüblər. O vaxtdan istintaq qeyri-obyektiv aparılıb. 2015-ci il yanvarın 15-də zərərçəkmiş kimi tanınmışam. O gündən istintaq aparan müstəntiq Mirrəvan Ağayev məni neçə ay get-gələ salıb. Mən ona istintaqla bağlı ərizə yazandan sonra etdiyim tələblərə məhəl qoymadı. Nəhayət, baş müstəntiq Cabir Ağayevə müraciət edəndən sonra o, mənə dedi ki, “mənə nə vermisən ki, məndən nə istəyirsən?” Mən də ərizə ilə Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinə müraciət edəndən sonra o, acığa mənim işlərimi hər cür bəhanə ilə başqa, yəni məqsədyönlü müəmmalı tərzdə məni işdən uzaqlaşdırıb xəbərim olmadan işi məhkəməyə göndərib. Nə məqsədə bu bir il içində belə hərəkət etməyini başa düşə bilmirəm.
2015-ci il noyabrın 29-da Ağır Cinayətlər üzrə Məhkəmədə birinci baxış məhkəmədə oldum. Mən orda zərərçəkmiş kimi təqdim olunmamışam. Lakin Qaradağ rayonu polis müstəntiqi Mirrəvan Ağayevin verdiyi 05 yanvar 2015-ci ildən icraatında olan işin mənim zərərçəkmiş kimi olmağım barədə qərarı var. Bu qərarın nə əsasla ləğv olunmağından mən xəbərdar deyiləm. Bu bir ildə onların nə iş gördüklərini mən bilmirəm. Nə də məni qəbul etməkdən imtina edirlər. Onu da qeyd edim ki, hətta idarənin rəisi İntiqam Mirsalayev də onlara təsir edə bilmədi. Çox heyf! Bu məsələni ictimailəşdirməyinizi və aidiyyatı olan qurumlara göndərməyinizi xahiş edirəm”.
Qeyd edək ki, 1 il əvvəl baş vermiş sözügedən yol-nəqliyyat hadisəsini törədən İmanquliyev Fazil Famil oğlu yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Cinayət işinin istintaqı zamanı mərhum Əsədov Afər Maqsud oğlunun yaxın qohumu olan, atası Əsədov Maqsud Ağəmməd oğlu birincinin hüquqi varisi kimi tanınmışdır. Maqsud atanın zərrərçəkmiş qismində tanınması barədə qərarın ləğv edilməsi onun bu və sadalamadığımız dihgər hüquqlardan məhrum edilməsi deməkdir.

"Korrupsiya və Qanun"
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO