Azərbaycan İdeyası

“Topuş” həbs olundu - Saxta pullara görə...

Tarix:13-01-2020, 14:40
Baxış Sayı:125


Saxta pulların dövriyyəyə buraxılması, qanunusuz olaraq odlu silah və narkotik vasitələr saxlayan “Topuş” və “Paşa” ləqəbli şəxslər saxlanılıblar.
Korrupsiya-q.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "report"a verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsi və Baş Sumqayıt Xətt Polis Bölməsi əməkdaşları tərəfindən saxta pulların dövriyyəyə buraxılması, qanunusuz olaraq odlu silah və narkotik vasitələr saxlama cinayətləri törətməkdə şübhəli bilinən şəxslərə qarşı birgə əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Sumqayıt Xətt Polis Bölməsinə bir nəfərin 14 min 100 manat saxta əskinası 1500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Heydər Heydərov Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı qeyd edilən saxta əskinaslar aşkar olunaraq götürülüb. H.Heydərovun ətrafına keçirilən əlavə tədbirlərlə onun saxta əskinasları tanışı paytaxt sakini əvvəllər məhkum olunmuş Pərviz Məmmədovla birlikdə hazırladığı məlum olub.P.Məmmədovun üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan onun saxlanılmasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları da iştirak edib. P.Məmmədovun yaşadığı evə baxış zamanı saxta pulların hazırlanması zamanı istifadə etdikləri printer və digər avadanlıqlar, həmçinin 1 ədəd “AKSU 74” markalı avtomat silah və ona məxsus 5 ədəd patron, eləcə də psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. P.Məmmədov ifadəsində silah-sursatın və metamfetaminin ona məxsus olduğunu və saxta pulları H.Heydərovla birlikdə hazırladığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.
Qeyd edək ki, saxlanılan hər iki şəxs cinayət törətməyə meyilli şəxslər kimi xarakterizə olunurlar. Heydər Heydərovun özünə “Topuş”, Pərviz Məmmədov isə “Paşa” ləqəbi götürərək müxtəlif qanunsuz pozuntuları və hüquqazidd əməllər törətdikləri ehtimal olunur. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO