Azərbaycan İdeyası

Vilayət Eyvazov rüşvət alan polisi işdən qovdu - VİDEO

Tarix:14-01-2020, 10:43
Baxış Sayı:113



Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət alan polis əməkdaşını işdən çıxarıb.
Korrupsiya-q.az-ın məlumatına görə, Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə Mehdiyev Daxili İşlər orqanlarında xidmətdən xaric edilib.
Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Unikal.org-a təsdiqləyib.
Qeyd edək ki, bir müddət öncə Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Görüntülərdə yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də, inspektor “qaydanın belə olduğunu” əsas gətirərək pulu qəbul etmir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO