Azərbaycan İdeyası

Səlahiyyət müddəti bitsə də, Bakıda qalan, könlünü Azərbaycana verən xarici səfirlər – MARAQLI

Tarix:15-01-2020, 12:03
Baxış Sayı:106


Bir çox xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən keçmiş səfirləri səlahiyyət müddəti bitsə də, ölkəmizlə əlaqələrini davam etdirirlər. Hətta, tanınmış xarici diplomatlardan Azərbaycanda qalıb, biznes quranlar da var.
Azərbaycana tez-tez gəlib-gedən keçmiş xarici səfirlərin siyahısını təqdim edirik:
İlk olaraq, səlahiyyət müddəti bitəndən sonra Bakıda yaşamağı qərara alan ABŞ səfiri Stenli Eskuderodan başlayaq. O, 1997-2000-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olub. 2000-ci ildə təqaüdə göndərilib. Həmin ildən Azərbaycanda şəxsi biznesini qurub və hazırda Bakıda yaşayır.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanı da yəqin ki, əksəriyyət tanıyır. 2006-cı ildən sonra bir müddət ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsində çalışan Metyu Brayza Azərbaycanla, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə yaxından əlaqədardır. O, Azərbaycanda səfir olduğu dönəmdə də ölkənin siyasi həyatında aktiv şəxs kimi seçilib. Metyu Brayza ABŞ-ın Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələri sahəsində məsuliyyət daşıyır. Həmçinin, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya separatçı münaqişələrinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ABŞ cəhdlərini irəli sürür. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı isə Avrasiya münaqişələri üçün xüsusi danışıqlarda işləyir.
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıç da ölkəmizə bağlılığı ilə seçilən diplomatlardandır. O, Bakıda 2008-2012-ci illərdə səlahiyyətli səfir olub. 2016-2018-ci illərdə Türkiyənin Moldovadakı səfiri vəzifəsini icra edib. Sonradan təqaüdə göndərilən tanınmış diplomat Azərbaycana tez-tez səfər edir və buradakı aktiv fəaliyyəti ilə seçilir.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani 2005-2008-ci illərdə Bakıda səlahiyyətlərini icra edib. Bu diplomat haqqında çox az informasiya olsa da, Azərbaycan media resurslarında onun siyasi şərhləri tez-tez dərc olunur.
Serbiyanın Azərbaycandakı keçmiş səfiri Zoran Vayoviç də Azərbaycanla əlaqələrini saxlayan səfirlərdəndir. 2014-cü ilə qədər ölkəmizdə Serbiyanın səlahiyyətli səfiri olan Z. Vayoviç hazırda da Bakıya tez-tez səfər edir.
Azərbaycanı sevdiyini tez-tez dilə gətirən diplomatlardan biri də Qırğıstanın ölkəmizdəki keçmiş səfiri Aycigit Buranovdur. O, 2015-2017-ci illərdə ölkəmizdə səlahiyyətini yerinə yetirib. A. Buranov artıq səfir olmasa da ölkəmizlə əlaqələrini qırmayıb. (modern.az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb