Azərbaycan İdeyası

Şəkidə məmur ilə milyonçunun MANDAT SAVAŞI - Başçı müavini oğlunu deputat seçdirir

Tarix:15-01-2020, 13:48
Baxış Sayı:80



Şəkidə deputatlığa namizədlər arasında ölüm qalım mübarizəsi başlayıb.
Korrupsiya-q.az xəbər verirki, 113 saylı Şəki şəhər seçki dairəsində məmur balası ilə milyonçu oğlunun amansız mübarizəsi gözlənilir. Belə ki, vaxtilə Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadənin 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi təsdiq olunub.
Nicat Mustafazadə “Kapital Bank” ASC-də aparıcı mütəxəssisdir, İngiltərənin Durham biznes məktəbinin məzunudur.
Atası Nasir Mustafazadə “Azəri Servis LTD”nin rəhbəridir, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb.
Onun sahib olduğu şirkət irihəcmli tenderlərin “qalibi” olub, əsas sifarişçiləri “Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu olub.
Həmçinin, “Azərsu” ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir. Bir neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində 554 mənzil aldığı və sonradan bütün mənzilləri türk işadamına 22 milyon 800 min avroya satdığı məlum olmuşdu.
İndi oğlu N.Mustafazadə Şəkidən deputatlığa iddialıdır. Oliqarx oğlunun şanslarının sırf maliyyə hesabına yüksək olduğunu söyləmək olar.
Lakin 113 saylı Şəki şəhər seçki dairəsindən YAP-ın namizədi İskəndərov Vüqar Yapon oğludur. Hazırda Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəki şəhər Təşkilatının sədr müavini olan V.İskəndərov idmançı kimi tanınır. Onun da deputatlıq şansı az deyil. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO