Azərbaycan İdeyası

Bakı metrosunda qatı tüstü: Görməni məhdudlaşdırdı

Tarix:16-01-2020, 15:07
Baxış Sayı:92

Bu dəqiqələrdə metronun “Elmlər Akademiyası” stansiyasında qatı tüstü müşahidə edilib.
Korrupsiya-q.az -ın məlumatına görə, tüstü o qədər çox olub ki, görməni məhdudlaşdırıb, hətta SOS da işə salınıb.
Məsələ bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, tüstüyə səbəb hansısa yanğın hadisəsi deyil:
“Stansiyalardakı ventilyatorlar iki rejimdə çalışır: biri havanı içəri sovurur, digəri içəridəki havanı çölə vurur. Ventilyatorlarda yaranan qısa nasazlıq səbəbindən bu tüstü müşahidə edilib.
Ventilyatorların avtomtik rejimində dəyişiklik edilib və problem aradan qalxıb”.
B.Məmmədov bildirib ki, narahatlıq üçün əsas yoxdur:
“Bəzən stansiyalarda “kabab iyi gəlir” deyənlər olur. Bu da ventilyatorın çöldən sovurduğu hava ilə əlaqədardır”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.