Azərbaycan İdeyası

Uşaqlar Birliyinin sədrindən Nərminin anasına sərt reaksiya: “Bəlkə, doğrulardan qaçırsan?”

Tarix:16-01-2020, 16:36
Baxış Sayı:75


Sən hara getsən də, Nərmin ruhən səni hər yerdə izləyəcək.
Korrupsiya-q.az-ın məlumatına görə, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın yandırılaraq öldürülməsindən sonra anası Aynurə İsmayılovanın Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan Bakı şəhərində ev istəməsi ilə bağlı müraciətinə münasibətində bildirib.
“Bayaqdan saytları vərəq-vərəq edirəm. Eyni yazıları oxuyuram. Yox, dəli olmamışam, sadəcə, deyirəm, bəlkə, türklər demiş, “şakadır”? Amma belə getsə, ağlım qaçacaq. Balası öldürülən ana... Qorxusu nədir? Oradakılar qorxsun. Bu hadisəni bilib, təxmin edənlər, bilib susanlar, ört-basdır edənlər qorxsun, çəkinsin.
Sənin qorxu dediyin nə? Bəlkə, nələrisə bilib ört basdır edənlərin sənin üzünə vuracaqları nəsə var? Nədir qorxun?”, - deyə sədr qeyd edib.
K.Ağazadə qeyd edib ki, insanın ailəsi, həyatı təhlükədə olanda ev istəmir, müdafiə, mühafizə istəyir:
“Bəlkə, doğrulardan qaçırsan? Bəlkə, Nərminin ruhunun o kənddə, o evdə səni qarabaqara gəzib, “ay ana, niyə belə oldu? ” sualına cavab verməmək üçün köçürsən? Amma Nərmin cismən o kənddə qalsa da, ruhən səni hər yerdə izləyəcək, arayacaq”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb