Azərbaycan İdeyası

30 YAŞLI KÖÇKÜN GƏNC GƏLINI HARA GƏTIRƏCƏYINI FIKIRLƏŞIR

Tarix:4-02-2020, 11:13
Baxış Sayı:270

Cəbrayıl rayonundan olan məcburi köçkün Rüstəmov Piriş Yaşar oğlu 30 yaşlı gəncdir. Anası və digər ailə üzvləri ilə birgə 6 nəfər bir yerdə yaşayırlar. P.Rüstəmov redaksiyamıza göndərdiyi müraciətində bildirir ki, evlənmək istəyir, amma gəlini hara gətirəcəyini bilmir. Aidiyyati qurumlara müraciət etdiyini yazır: “Yuxarı instansiyalara üz tutdum. Onlar da ərizəmi Qaçqınkoma göndərirlər. Ordan da təkrarən eyni sözləri, bir-birinə bənzər ifadələri eşitməkdən bezmişəm. Elə deyirlər ki, obyektiv araşdırma aparmışıq, sizin kimi məcburi köçkün ailəsi çoxdur, tək siz deyilsiz, pillə-pillə hamıya ev veriləcək. Bəs görəsən, bu pillələr nə vaxt bitəcək ki, bizim də şikayətimiz təmin olunsun?”
“Bunlar obyektiv araşdırma nəyə deyirlər?”
1963-cü il təvəllüdlü Mamedova Aidə Rəşid qızı 1993-cü ildə ailə üzvləri ilə birgə Cəbrayıl rayonundan köçkün düşmüşdür. Yazır ki, 10-12 il azyaşlı uşaqlarıyla müxtəlif yerlərdə kirayələrdə yaşamış, həmin müddət ərzində acınacaqlı həyat şəraiti keçirmişdir. Daha sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov – 4 ünvandakı Maşınqayırma zavodunun yataqxanadan 4500 manata darısqal otaq almışdır. İndiyədək 5 nəfərlik ailə həmin darısqal şəraitdə yaşayır (Əgər buna yaşamaq demək olarsa). Onun da yuxarı instansiyalara yazdığı məktubları “aidiyyəti” üzrə Qaçqınkoma” göndəriblər.
“Oradan (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən – red.) da dəfələrlə xəbərdar ediblər ki, bilirik, obyektiv araşdırma aparmışıq. – Aidə xanım ərizəsində haqlı sual ortaya qoyur: - Bunlar obyektiv araşdırma nəyə deyirlər? Araşdırma o zaman obyektiv olardı ki, mənim şikayətim təmin olunardı, mənə ev verərdilər. Qaçqınkomdan dəfələrlə “gözləyin” kəlməsini eşitmişəm. Mən nə vaxta qədər gözləməliyəm?”

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı