Azərbaycan İdeyası

ZƏLZƏLƏ BİR YANDAN, RÜŞVƏTXOR MƏMURLAR DA DİGƏR TƏRƏFDƏN...

Tarix:28-01-2020, 10:27
Baxış Sayı:217

– Şamaxıda Gülbabayevlər ailəsinin acınacaqlı halına acıyan tapılacaqmı?

Şamaxı şəhəri, Atatürk küçəsi, 25A ünvanda yaşayan Gülbabayev Ağayar Gülbaba oğlu redaksiyamıza ərizə ilə müraciət edərək, ailəsinin son dərəcə ağır vəziyyətdə yaşamasından bəhs etmiş, problemlərinin ictimailəşdirilməsini xahiş etmişdir. Yerli məmurların “Ağa Nəzərik, belə gəzərik” prinsipi ilə işlədiklərini bildirən Gülbabayev aidiyyati qurumların onların müraciətlərinə yetərincə həssas yanaşmadıqlarından gileylənir: “Deyirlər ki, get, o Prezident, o da vitse-prezident, kimə, hara istəyirsən – şikayət et. Ona görə də mətbuata üz tutdum. Oğlum Şəhriyar və kürəkənim Mustafayev Elbrus Sədaqət oğlu 2019-cu ilin martında Şamaxı rayon Məşğulluq Mərkəzinə işə girmək üçün müraciət etdilər. Hələ də onların bağladıqları müqavilələr idarədə “yatır”. Xəstə uşağı olan gəlinimdən də 2019-cu ilin may ayının 31-də göndərdikləri məktubla sənədlərini istəyiblər ki, gəlsin, müqavilə bağlayaq, işləsin. Onun da, keçən ilin aprel ayının 30-dan müqavilə bağlamış iki qızımın da sənədləri “yuxuya gedib”. Qızlarımdan Zeynəb II qrup ümumi səbəbdən əlil, Yaqut isə iki azyaşlı uşaq anasıdır. Onların əmək haqqı almaları üçün keçən ilin avqust, sentyabr, oktyabr aylarında rüşvət istədilər, verə bilmədim. Niyə məvacib ala bilmədiklərini soruşdum, işdən azad edildiklərini dedilər. Ora-bura yazandan sonra nəhayət, noyabr ayının əmək haqqını aldılar. 19 dekabrda mənə məktub göndərdilər ki, onlarla əmək münasibətləri davam etdirirlir. Əgər belədirsə, bəs maaşları hanı?”
Gülbabayev evinin də keçən ilin fevralında Şamaxıda baş vermiş zəlzələdən sonra qəzalı vəziyyətə düşdüyünü bildirir: “Fövqəladə hallar komissiyasının işçiləri baxış keçirib yalnız bir az qum və sementlə evin üzünə suvaq çəkdilər. Heç qapı-pəncərə də vermədilər. Hazırda evim bir neçə yerə bölünüb. Qızım Alpaşayeva Arzunun daxması da zəlzələdən tamamilə dağıldı, indi – 3-ü azyaşlı uşaq olmaqla 5 nəfərdən ibarət ailəsi bu soyuq qış günündə çadırda yaşayırlar. Möhtərəm Prezidentimizin ad günündə Şamaxıda zəlzələdən ziyan çəkənlərə evlər paylanıldı, qızımı aldatdılar, ev vermədilər. Şamaxı RİH-nin başçısı Tahir Məmmədov camaatla görüşündə başçının köməkçisi Yaqub Yaqubov çəkinmədən məndən rüşvət tələb etdi: “6 min manat versən evin var, yoxsa, yoxdur”.
Ərizə müəllifi Şamaxıda rüşvətxorluğun, qanunsuzluqların, məmur özbaşınalıqlarının baş alıb getməsinə dair başqa misallar da çəkmişdir: “Şamaxıda Məşğulluq Mərkəzinin xətti ilə işə düzəlmək üçün əvvəlcə 500 manat verməli, sonra da aylıq maaşını “50x50” şərti ilə bölməlisən. “Özünədəstək” layihəsi ilə dövlətdən 20-25 qoyun almaq üçün 800 manat, 3 baş yanıbalalı qaramal almaq üçün 1200 manat rüşvət tələb olunur”.
Ərizəyə qoşma edilmiş materiallar Gülbabayevin müxtəlif instansiyalarla məktublaşmalarını əks etdirir. DOST İş Mərkəzi cavab yazaraq Gülbabayevə bildirir ki, Şamaxı Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat Müəssisəsinin avqust ayı üçün təqdim etdiyi davamiyyət cədvəlində qızları Zeynəb və Yaqutun adlarının qarşısında iş günləri qeyd edilməyib, üzrlü səbəb olmadan işə çıxmadıqlarına görə onlara əmək haqqı ödənilməyib, əmək müqavilələrinə xitam verilə bilər.
O ki qaldı Gülbabayevin evdən ötrü müraciətinə, İcra Hakimiyyəti cavab yazmışdır ki, RİH-nin sərəncamında boş mənzil fondu yoxdur. Rayon İcra Hakimiyyətlərinin cavab məktublarındakı bu ifadə isə bildiyimiz kimi, çox intizarlı vətəndaşın “gözünü döyənək edib”, ümidlərinin üstündən xətt çəkib. Amma Gülbabayev ölkə rəhbərliyinə ümid bəsləməkdə davam edir və başçılıq etdiyi ailənin rifahı naminə mübarizəsindən dönmək, səbatsız məmurlara yenilmək fikrində deyil.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb