Azərbaycan İdeyası

İcra Hakimiyyəti Qaraçuxurun acınacaqlı yolları ilə bağlı suallara cavabdan qaçır

Tarix:29-01-2020, 16:25
Baxış Sayı:113


Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivində yolların pis vəziyyətdə olduğu barədə xəbər vermişdik. Sakinlərdən redaksiyamıza daxil olan şikayətdə yollarda çətinliklə hərəkət etdikləri bildirilirdi.
Məsələ ilə bağlı Oxu.Az Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq bu məsələ ilə bağlı suallara cavab almağa çalışıb.
Əvvəlcə onu qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytında qeyd olunan əlaqə nömrələrindən yalnız biri işləyir. Həmin nömrədə isə bir neçə dəfə zəng etdikdən sonra, nəhayət, telefonlarımıza cavab verən tapıldı.
Zəngə cavab verən xanım sualımıza cavab olaraq bildirdi ki, Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivi, 14 və 15-ci döngələrində yaşayan sakinlərin probleminə baxılması üçün sakinlər rəsmi qaydada İcra Hakimiyyətinə ərizə ilə müraciət etməlidir:
“Suraxanı rayonu ərazisində təmirə ehtiyac olan yollarda mərhələli şəkildə işlər görülür. Sakinlər ərizə ilə müraciət etsələr, rəhbərlik tərəfindən rəsmi şəkildə cavablandırılacaq”.
Müsahibimiz məsələyə daha ətraflı cavab verilməsi üçün bizi İH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarova yönləndirəcəyini bildirdi. Lakin sonra zənglərimizə cavab ala bilmədik.
Xatırladaq ki, rayonun Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivi, 14 və 15-ci döngələrində 20 ilə yaxındır yollar pis vəziyyətdədir. Sakinlər iddia edir ki, yollarda palçıqdan addım atmaq mümkün deyil. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb