Azərbaycan İdeyası

DİN-dən İlkin Süleymanovun polis əmisi oğlu ilə bağlı açıqlama: “Bəlkə, utanıb, xəcalət çəkib”

Tarix:31-01-2020, 14:38
Baxış Sayı:117



Daxili İşlər Nazirliyi Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanovun işdən uzaqlaşdırılması və şərlənməsi ilə bağlı məsələyə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, cinayətdə şübhəli bilinən şəxsin qohumunun harada işləməsinin məsələyə heç bir aidiyyəti yoxdur:
“Həmin şəxs düz danışmır. O, bəlkə də, polis işlədiyi üçün əmisi oğlunun bu cür ağır cinayətdə şübhəli bilinərək saxlanmasından utanıb, xəcalətindən bu addımı atır və məsələni başqa tərəfə yönəldir. Guya o inciyir ki, daxili işlər orqanının əməkdaşı olduğuna görə cinayətdə şübhəli bilinən əmisi oğluna güzəşt olunmur.
Amma həmin şəxs unudur ki, ağır cinayət törətməkdə şübhəli bilinən şəxsin qohumunun harada işləməsinin, hansı mövqedə olmasının məsələyə heç bir aidiyyəti yoxdur. Qanun hamı üçün eynidir. Burada da heç kimə güzəşt olunmur. Şəxs ağır cinayətdə şübhəli bilinib və saxlanılıbsa, qanunun tələblərinə uyğun istintaq, əməliyyat tədbirləri həyata keçirilir”.
“M.Süleymanovun daxili işlər orqanında istefa ərizəsi olmur, raport yazılır. O da raport yazıb işdən getmək istəyirsə, baxılar və müvafiq qərar qəbul edilər”, - deyə E. Zahidov qeyd edib.
Qeyd edək ki,Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov “Kanal 13”ə müsahibəsində bildirib ki, “polis əməkdaşı kimi hörmət qoyulmadığı üçün” işdən çıxması üçün ərizə yazıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO