Azərbaycan İdeyası

Bakıda tükürpədici hadisə: Jurnalistin evində öldürülüb bir-birinə bağlanmış xoruz və toyuq tapıldı - FOTO

Tarix:31-01-2020, 15:10
Baxış Sayı:78


Jurnalist İlkin Vaqifoğlunun evindən oğurluq edilib və aparılan əşyaların yerinə ölü xoruz və ölü toyuq qoyulub.
Qafqazpress.az.-ın verdiyi xəbərə görə, hadisə yanvarın 26-sı gecə saatlarında Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin anbarında baş verib.
İ.Vaqifoğlu Qafqazinfo-ya açıqlamasında bildirib ki, oğurluq edən şəxs və ya şəxslər anbardan beş min manatlıq ev əşyaları aparıblar:
“Polis bizə dedi ki, oğurlanan əşyaların siyahısı və qiymətlərini yazıb verək. Bunu araşdıranda anbarın ən dib hissəsində yerləşən şkafın ən aşağı gözündən boğularaq öldürülmüş və dəsmalla bir-birinə bağlanmış xoruz və toyuq tapdıq. Onların başı kəsilməmişdi və heyvanlar bizim deyildi, kimsə onları kənardan gətirmişdi.
Səhəri gün isə həyətimizdəki toyuğun başını kəsib darvazanın yanına atmışdılar. Hər iki halla bağlı polisə məlumat vermişik, cinayət işi açılıb. Lakin bu məsələ artıq oğurluqdan fərqli bir hadisədir. Bunu edən şəxslər mənə və ailəmə hədə-qorxu gəlirlər.
Şübhələndiyimiz kimsə yoxdur. Daxili İşlər Nazirliyi rəhbərliyindən xahiş edirəm ki, bu məsələ nəzarətə götürülsün və ciddi araşdırılsın. Çünki artıq məsələ mənim və ailəmin həyatı ilə bağlıdır”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb