Azərbaycan İdeyası

Bakıda sayğac dəyişdirilməsinə görə pul yığılır? - AÇIQLAMA

Tarix:3-02-2020, 12:42
Baxış Sayı:139



Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində mənzillərdə su sayğaclarının dəyişdirilməsi üçün vətəndaşlardan pul istənilir.
Qafqazpress.az xəbər verir ki, bu barədə qəsəbə sakinlərinin redaksiyamıza ünvanladığı şikayətdə qeyd olunub.
Onların sözlərinə görə, binada su sayğaclarının dəyişdirilməsinə görə hər mənzil üçün 20 manat pul istəyirlər:
“Azərsu” binamızda su sayğaclarını dəyişir, soruşanda deyirlər ki, sayğacların dəyişdirilməsi üçün 20 manat ödəniş edilməlidir. Onun 10 manatı zəhmət haqqı, 10 manatı isə “mufta-uqolnik” puludur. “Mufta-uqolnik” pulu maksimum olsun 1-2 manat. Biz başa düşmürük, ümumiyyətlə, bütün bunlar ödənişlidir, yoxsa ödənişsiz?”
Sakinlərin suallarına cavab almaq üçün “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.
A.Cəbrayıllı bildirib ki, belə hallarla onlara da müraciətlər olur:
“Həmin ərazidə “Azərsu” işləmir, podratçı şirkətlər çalışır. Su sayğaclarının dəyişdirilməsi, xəttin çəkilməsi və şəbəkəyə qoşulması ödənişsizdir, dövlət vəsaiti hesabına həyata keçirilir. Amma məsələnin başqa bir tərəfi də var. Şəxsən özüm belə şikayətləri araşdıranda maraqlı faktlarla qarşılaşmışam.
Bəzən sakinlər deyirlər ki, su xəttini binanın çölü və ya damı ilə çəkin və ya elə edin ki, kafel zədələnməsin. Bu da tərəflər arasında sövdələşmələrə və şikayətə səbəb olur. Amma Əhmədlidə şikayət olunan ərazidə dəqiq ünvan və ya telefon nömrəsi versəniz, məsələni araşdırıb sizə tam təfsilatı ilə məlumat verərdim. Deyirsiniz ki, vətəndaş ünvan və telefon qoymayıb”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO