Azərbaycan İdeyası

Hərracdan ucuz qiymətə maşın almaq adı ilə dələduzluqda ittiham edilirdi- 7 il cəza aldı

Tarix:4-02-2020, 12:53
Baxış Sayı:130


Külli miqdarda dələduzluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O, vətəndaşlara asan qazanc əldə etmək vədi verərək pullarını ələ keçirib.

Korrupsiya-q.az Musavat.com - a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1982-ci il
Heydərov Rəqib Fazil oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Rəqib Heydərov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, zərərçəkmişlər bildirib ki, Rəqib Heydərov onlardan müxtəlif məbləğlərdə pul alıb. Qarşılığında hərraca çıxarılan avtomobilləri ucuz qiymətə alacaqmış. Zərərçəkmişlərin əksəriyyəti maşın alqı-satqısı ilə məşğul olublar.
Dindirilən zərərçəkmişlərdən Elnur Bayramlı deyib ki, Rəqib Heydərovun hərracda işlədiyini, qiymətləndirmə üzrə mütəxəssis kimi tanıdığını deyib.
Zərərçəkmişin sözlərinə görə, bu işdə Rəqib Heydərovun tək günahkar olduğuna inanmır: "Orada heç kimin adamı olmasa, maşın almaq mümkün deyil. Maşınlar artıq əvvəlcədən kimə satılacağı bəlli olur. İnanmıram ki, Rəqib bu işi tək eləsin. Bu işdə nəsə var".
Qeyd edək ki, Rəqib Heyrov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Məlumata görə, Rəqib Heydərov zərərçəkmiş şəxslərdən külli miqdarfa pul alaraq ılə keçirib. Onlara vəd edib ki, banklarda auksiona çıxarılan maşınları ucuz qiymətə ala biləcək. Lakin Heydərov vədlərinə əməl etməyib. O, zərərçəkmişlərin şikayəti əsasında həbs edilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO