Azərbaycan İdeyası

İctimai nəqliyyatda daha bir yenilk

Tarix:12-02-2020, 12:37
Baxış Sayı:92


“Mərkəzləşdirilmiş dispetçer xidməti sərnişindaşımanın keyfiyyətini artıracaq”
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ictimai nəqliyyatda daha bir yeniliyin tətbiqinə başlanılıb.
Belə ki, artıq mərkəzi dispetçer xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı “sürücü ekranı” cihazları vasitəsilə əldə edir.
Mərkəzləşdirilmiş dispetçer xidmətinin üstünlükləri nələrdir?
Bu barədə açıqlama verən Bakı Nəqliyyat Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sistemin tətbiqi sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsində müsbət irəliləyişlər doğuracaq:
“Sərnişindaşımada nağdsız ödəniş sisteminin tətbiqi sürətlənəcək, bütün marşrut şəbəkəsində kartla istifadə təmin olunacaq. Sərnişinlər dayanacaq məntəqələrində quraşdırılan avtobus informasiya sistemindən həmin dayanacağa çatacaq avtobusların çatma vaxtları barədə məlumatları görə biləcəklər. Eyni zamanda, avtobusun salonunda olan monitorda sərnişinin çatacağı dayanacağa ən yaxın olan metro stansiyaları barədə məlumat əks olunacaq. Tətbiq ediləcək mobil proqram təminatı vasitəsilə müntəzəm marşrutlar üzrə hərəkət edən avtobuslar barədə məlumat əldə etmək mümkün olacaq. Proqram təminatı ilə həm də sərnişinlərin rahat və qısa zaman ərazində avtobus, sürücü və digər məsələlər barədə irad və təkliflərini bildirməsi asanlaşacaq”.
Nəqliyyat üzrə ekspert Yasin Mustafayev də sözügedən yeniliyin bir sıra üstünlüklərinin olduğunu vurğulayıb:
“BNA tərəfindən mərkəzləşdirilmiş dispetçer xidmətinin işə salınması yeni bir innovasiyanın tətbiqidir. Bu yenilik özü ilə bir çox üstünlüklər gətirəcək, həm sərnişinlərin, həm də sürücülərin rahatlığına xidmət edəcək. İlk növbədə, sürücü mərkəzdən aldığı məlumatlar vasitəsilə hərəkət etdiyi yolda vəziyyətin necə olduğunu biləcək. Xüsusən sıxlıq olan yollar barədə məlumat əldə etdikdən sonra alternativ yollardan istifadə etməklə həmin sıxlıqdan yan keçmək olar. Nəticədə avtobuslar daha az tıxacda qalacaq, onların yanacaq sərfiyyatı və ekologiyaya vurduqları zərər azalacaq. Eyni zamanda, sərnişinlər də bir yerə gedərkən daha az vaxt itirəcəklər. Bir sözlə, sərnişindaşımanın keyfiyyəti artacaq.
Düşünürəm ki, bu sistem gələcəkdə dayanacaqlara da şamil ediləcək. Artıq hər bir avtobusun olduğu yeri, hansı sürətlə hərəkət etdiyini və digər məlumatları dayanacaqlarda quraşdırılan monitorlarda görmək mümkün olacaq. Bu isə sərnişinlərin xidmət keyfiyyətinə əminliyini artıracaq.
Ödənişin kart sisteminə keçirilməsi məsələsinə də toxunmaq istəyirəm. Bütün ödəniş sisteminin nağdsız olması iqtisadi cəhətdən daha səmərəli olar. Avtobus sürücüləri əvvəllər sərnişinlərdən ödənişləri nağd alırdılar. Bu zaman müəyyən problemlər ortaya çıxırdı. Sürücülər və sərnişinlər xırda pul gəzdirməyə məcbur olurdu. Bəzən sürücülərin sərnişinə xırda pul qaytarmaq da problemə çevrilirdi. Kart sisteminə keçdikdən sonra isə həm sürücü, həm də sərnişinlərin işləri rahatlaşır. Eyni zamanda, nağdsız ödəniş sisteminin tətbiqi vergi nəzarətini də daha şəffaf edir. Odur ki, sərnişindaşımada nağdsız ödənişə keçid çox təqdirəlayiq bir hadisədir”.
İctimai nəqliyyatda daha bir yenilk

İctimai nəqliyyatda daha bir yenilk

İctimai nəqliyyatda daha bir yenilk

İctimai nəqliyyatda daha bir yenilk [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO