Azərbaycan İdeyası

İTV-dəki dini zarafat qalmaqala səbəb oldu

Tarix:19-02-2020, 10:48
Baxış Sayı:80



İTV-də yayımlanan “Fatehin divanı” proqramında “Youtube”da yayımlanan “Zarafat +” verilişinin heyəti qonaq olub.
Korrupsiya-q.az xəbər verir ki, onlar veriliş zamanı aparıcı DJ Fatehlə Hz.Adəm və Həvva haqda zarafat ediblər. Həmin görüntülər sosial şəbəkədə paylaşılıb. İstifadəçilər aparıcını tənqid atəşinə tutublar. Daha sonra həmin görüntülər İTV-nin rəsmi “Facebook” hesabından silinib, aparıcı isə üzr istəyib:
“Dostlar! Etiraf edirəm, “Fatehin divanı” verilişində söylədiyim bir ehtiyatsız ifadə inanclı izləyicilərim və mömin tamaşaçılarımız tərəfindən çox həssas qarşılanıb. Onların hisslərinə toxunmaq niyyətim olmasa da, bunu etmiş olmuşam. Özüm azmış kimi, verilişimin qonaqlarını da o uğursuz epizodun bir hissəsinə çevirmişəm. Amma təşəbbüsü özüm irəli sürdüyüm üçün məsuliyyəti də üzərimə götürsəm düzgündür. Bir daha qeyd edirəm ki, sözü gedən epizodun niyyəti məkrli olmayıb. Çox üzülürəm ki, belə alınıb. Bu uğursuz epizoda görə hisslərinə toxunduğum hər kəsdən üzr istəyirəm”

İTV-dəki dini zarafat qalmaqala səbəb oldu [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO