Azərbaycan İdeyası

BANKA VERDİYİ PULU GERİ ALMAQ İSTƏYƏN 81 YAŞLI MƏCBURİ KÖÇKÜN DAHA ARTIQ ZƏRƏRƏ DÜŞÜB

Tarix:25-02-2020, 09:52
Baxış Sayı:190

“Hakim Musayeva Cəmilə mənim haqlı, düzgün mürciətlərimi oxumur, ona görə heç bir araşdırma düzgün aparmır. Araşdırma aparsaydı mən də iştirak edərdim. Mənim 81 yaşım olduğunu, Füzuli rayonundan məcburi köçkün olduğumu, uzun müddətli xəstə olduğumu nəzərə almamışdır. Zəmanənin üzü qara olsun; Cəmilə xanım, mən də bilirəm rüşvət olan yerdə ədalətdən danışmaq olmaz. Adam haqsız, ədalətsiz, insafsız işlə əlaqədar yalanlar danışanla, böhtanlar edənlə rastlaşanda dəhşətə gəlir. Özünü belə vəziyyətdə həyatdan təcrid etməyə məcbur olur...” – bu sözlər Bakı şəhəri Yasamal rayonu Umud Əkbərov küçəsi 114 D ünvanında müvəqqəti məskunlaşan Füzuli rayonundan məcburi köçkün, 81 yaşlı Məhərrəmov Fidayəddin Nüsrəddin oğlu tərəfindən Bakı şəhəri «Kapital Bank» ASC-nə qarşı 1512 dollar tələbinə dair Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızının 25.06.2019-cu il tarixli 2 (006) 2052/2019 nömrəli tərtib etdiyi Qətnamədən Azərbaycan Respublikası Prezidentinə ünvanladığı şikayət ərizəsində yer alıb:
“İddiaçı mənəmsə cavabdeh «Kapital Bank» ASC-nə qarşı pul tələbinə dair mülki işə hakim Cəmilə Musayevə 25.06.2019-cu il tarixdə günün 1-ci yarısında mənsiz baxmışdır. Qətnamənin 4-5-ci abzasını elə yazmışdır ki, tamamilə yalan, böhtan, şər-şəbədədir. Dəyərli nəzərinizə çatdırıram ki, 30.03.2012-ci il tarixdə 1512 dollar vəsaiti «Kapital Rank» ASC-nin 5 saylı şöbəsinə köçürülmə məqsədi ilə ödəmişəm. İşin hallarına əsasən pul köçürülməsinə zərurət aradan qalxdığı üçiin, eyni zamanda xəstəliyim və həmin zaman yaranmış ailə vəziyyəti ilə əlaqədar vəsaiti geri götürə bilməmişəm.
Bildirirəm ki, vəsaitin ahnma haqqında bildirişində rekvizitlərə əsasən zəruri olmalı qeydiyyatlar yoxdur. Mənim imzam isə surətçıxarma üsulu ilə saxta qeyd edilmişdir ki, «KapitaI Bank» Açıq Səhmdar Cəmiyyətinin işçisi Ümid Nəbizadə tərəfindən saxtalaşdırılmışdır.
Məlumat üçün bildirirəm ki, AR Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayət əməlidir.
Mən bildirirəm ki, qüvvədə olan qanunvericiliyə görə kassa mədaxil yə kassa məxaric orderlərinin tərtibatı, forması və rekvizitləri vahid təsdiq olunmuş nümunələrə uyğun olmalıdır.
«Kapital Bank» ASC-nə qarşı 2 (006) 2052/2019 iş üzrə cavabdeh tərəf heç bir əsas göstərmədən, məktuba imza etmədən cavab yazaraq etiraz etmişdir. Halbuki «Kapital Bank» ASC Ümid Nəbizadəyə etibarnamə verməyibsə, yoxdursa, onun məhkəmələrdə iştirakı olmamalıdır. İmzası qəbul edilməzdir. Məhkəmə də diqqətsizlik edib. Bu etiraza göstərilən işin hallarından belə məlum olur ki, 30.03.2012-ci il tarixində mənim tərəfimdən «Kapital Bank»m 5 saylı filialına ödədiyim 1512 ABŞ dolları pul vəsaiti 02.04.2012-ci il tarixdə Balaqazadə Həcərin adına bank tərəfindən göndərilməyib saxlanılmışdır. Günahkar kimdirsə qanun qarşısında cavab verməlidir. 07.04.2012-ci il tarixədək vəsait bankda əsassız olaraq 9 gün saxlanılmışdır ki, Azərbaycan Respublikasının bank fəaliyyəti və mülki, o cümlədən vergi qanunvericilyinin tələbinə əsasən «sürətli hesab olunan pul köçürülməsi ən geci 1 (bir) gün müddətində həyata keçirilməli idi. Bu da cinayət xarakterlidir. Məhkəmə Musayevə Cəmilə hansı səbəbə bunu aydınlaşdırmayıb?
Bundan əlavə, həmin əməliyyatın əks etdirdiyi kassa məxaric və kassa mədaxil orderləri müxtəlif tarixlərdədir. Belə ki, 2 (iki) mədaxil orderlərindən I biri 30.03.2012, digəri isə 02.04.2012 tarixlidir. Kassa məxaric orderlərindən birində bankın mühasibinin və xəzinədarının imzası yoxdur. Həmçinin qeyd etmək lazımdır ki, bu kassa məxaric orderində müvafiq möhür də yoxdur.
Ümumi bankın təqdim etdiyi mədaxil-məxaric orderlərinin heç birində müvafiq təsdiqedici sənəd yoxdur. Bunun üçün mədaxil-məxaric orderləri üzləşdirilsəydi dərhal bilinəcəkdi ki, orderlər saxtadır, standart orderlər deyil.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, qüvvədə olan qanunvericiliyə görə kassa mədaxil və məxaric orderlərinin tərtibatı forması və rekvizitləri vahid təsdiq olunmuş nümunələrə uyğun deyil. «Kapital Bank»m təqdim etdiyi orderlər isə tamamilə saxtadır. Buna nə üçün diqqət yetirilməyib, niyə görmürlər, belə də saxta orderlər olar?
«Kapital Bank»ın təqdim etdiyi orderlər isə fərqli imzasız, rekvizitsiz yə möhürsüzdürlər. Belə məlum olur ki, orderlər formal olaraq tez-tələsik düzəldilmiş, imzalar isə saxtalaşdırılmışdır (xüsusi avadanlığın köməyi ilə surəti çıxarılmışdır). Məhkəmə bağışlanılmaz cinayət xarakterli əməlləri ört-basdır etmişdir.
Sənədlərin təhlilindən görünür ki, ödənuilmiş vəsait 2 dəfə müxtəlif tarixlərdə mədaxil edilmiş, eni pul vəsaiti müxtəlif tarixlərdə 2 dəfə məxaric edilmişdir.
Təqdim olunmuş kassa məxaric orderində göstərilir ki, 07 aprel 2012-ci ildə verilmiş vəsait mənə guya ödənilmişdir. Faktiki olaraq isə ödədiyim vəsaiti hələ də bu günədək almamışam...
Cəmilə Musayeva mənə şər ataraq 02.04.2019-cu il tarixli mənə göndərdiyi məktubun 2-ci abzasının 4-5 sətirində qeyd edir ki, məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsinə guya razılıq vermişəm. Cəmilə Musayevanın əlacı kəsilib yalan, şər-şəbədə edir. Bu barədə eşitməmişəm, tamamilə yalan və böhtandır.
Hakim Musayeva Cəmilə öz təşəbbüsü ilə imzaların doğru-düzlüyü ekspertə verib araşdırma apartdırıbsa ekspert pulunu da o, verməlidir. Mən araşdırma aparılmasına ehtiyac bilməzdim. Xəbərim də olmayıb. Belə halda ekspert pulu olan 230 manatı məhkəmə Musayeva Cəmilə ödəməlidir. Məhkəmə kimdən qorxur ki? İmzaları ekspertə nə üçün xəlvət göndərib? Bilmirdi ki, bilinəcək?
Hakim Musayeva Cəmilə Ceyhun qızının 25.06.2019-cu il tarixdə tərtib etdiyi qətnaməni oxuduqca istər-istəməz adamda əsəbilik yaranır. Bu qədər də yalanlar olar?
Mən 30.03.2012-ci il tarixdə «Kapital Bank» ASC-nə verdiyim 1500 dollar bankda 9 gün saxlanılan vəsiti 07.04/2012-ci il tarixdə guya rəsmi ərizə yazıb müraciət edərək almışam. Tamamilə yalandır, böhtandır.
Diqqət edin ki, bankda 9 gün qalmış 1500 dolların alınmasına ərizə mütləqdir. Əgər ərizəm, müraciətim rəsmi qaydada varsa, təqdim etsinlər. Bununla yanaşı, yalana, böhtana, şərə baxın, hakim Musayeva Cəmilə Qətnamənin 4-cü abzasında qeyd edir ki, iddiaçı mən guya cavabdeh «Kapital Bank» ASC-nə qarşı pul tələbinə dair ididamın rədd edilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişəm. Tamamilə yalan, böhtandır, iddiamı davam etdirirəm.
Hələ də bu günə kimi «Kapital Bank»a qoyduğum halal pulumu ala bilmirəm. Ümumiyyətlə, cavabdeh tərəfin heç bir qanunu, sübutedici sənədi yoxdur”.
Fidayəddin Məhərrəmov əlbəttə ki, hakim Cəmilə Musayevanın qətnaməsindən təkcə ölkə başçısına deyil, apellyasiya məhkəmə instansiyasına da şikayət etmişdir. Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.02,2019-cu il tarixli, 2 (103) — 2327/2019 saylı qətnaməsinə və həmin saylı 10.12.2019-cu il tarixli qərardadına əsasən iddiaçı Məhərrəmov Fidayəddin Nüsrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(006)-2052/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmlışdır. Halbuki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdi. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı idi. Məhkəmə kollegiyası nədənsə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin sonuncu iclasının vaxtı barədə məhkəmə bildirişinin iddiaçıya gec çatması da mübahisələndirilən qətnamənin ləğvi üçün əsas olmamalıdır. Apellasiya instansiası məhkəməsinin arqumentlərindən biri budur ki, “Kapitalbank”ın F.Məhərrəmovun 1500 dollar pulu hesabına varlanmaq məqsədi güdməsi ağlabatan deyildir. Bəs bankın bir və ya bir neçə işçisinin necə, bu xüsusat araşdırılmalı deyilmi? Ola bilməzmi ki, bank öz nüfuzu hesabına bir və ya bir neçə işçisinin cinayət əməlini ört-basdır etsin? Bəyəm belə hallar heç olmayıbmı?
Apellyasia qətnaməsindən oxuyuruq: “İddiaçının həmin dəlilinin aradırılması məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2019-cu il tarixli, 11292 Ns-li rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 35-ci vərəqəsində olan 2 aprel 2012-ci il tarixli 327189 nömrəli Köçürmə/alınma haqqında bildirişdə “Göndərənin imzası” qrafasındakı imza, 36-cı vərəqəsində olan 7 aprel 2012-ci il tarixli 327189 nömrəli Köçürmə/alınma haqqında bildirişdə “Köçürmənin məbləğ və valyutası yazı ilə” qrafasındakı imza, 37-ci vərəqəsində olan 2 aprel 2012-ci il tarixli Nəğd ödəniş üçün elanda “Ödəyənin imzası” qrafasındakı imza və 38-ci vərəqəsində olan 7 aprel 2012-ci il tarixli kassa məxaric orderindəki “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - Məhərrəmov Fidayəddin Nüsrəddin oğlu tərəfindən icra olunmuşdur”. Buradan aşkar görünür ki, ekspertizanın keçirilməsi təyinatı məhz birinci instansiya məhkəməsinin təşəbbüsüdür. F.Məhərrəmov əlavə olaraq bankdan 1500 ABŞ dolları qoparmaq fikrinə düşmüşdüsə, ekspertizanın işin üstünü açacağını və bu halda ekspertiza üçün çəkilən 230 manat əlavə xərcə düşəcəyi ehtimalını nəzərə almalı və “tutar – qatıq, tutmaz – ayran” fikrindən daşınmalıydı. Yoxsa, hakim C.Musayeva xərcin məbləği barədə iddiaçını məlumatlandırmayıb? – bax, bu, ağlabatandır, nəinki tədqiqat xərcinin məbləği, ümumiyyətlə ekspertizanın təyin olunması barədə iddiaçıya xəbər verilməyib.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub