Azərbaycan İdeyası

ŞOK GƏLİŞMƏ! Kürdəmir icra başçı otağında kamera tapdı?

Tarix:25-02-2020, 15:38
Baxış Sayı:126




Ötən gün Dövlət Təhlüksəzilik Xidməti əməkdaşlarının Nefçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və 6 məmurun rüşvət və korrupsiya faklarına görə həbs edilmələri ciddi rezonans doğurub. Bu əməliyyat digər rüşvətxor icra başçılarının və məmurların “kürkünə birə salıb”.
İxa.az-ın xəbərinə görə, DTX-nın məlum əməliyyatından sonra Kürdəmir icra başçı məlum vəziyyətdən təşvişə düşüb
Bildirilir ki, Kürdəmir icra başçısı ya iş otaqlarını dəyişir ya da artıq iş otaqlarındakı seyfi boşaldıb, lazımlı sənədləri “sahmana” salırlar.
Beləki, Ceyhun Cəfərovla bağlı xəbərlər yaxşı deyil. Yaxın əqrabası Vidadi Zeynalovun əmlakının yenidən araşdırılması və həbs təhlükəsi icra başçısın təşvişə salıb. Rayon rəhbərinin illərdir yaxın qohumu Vidadi Zeynalovla olan biznesinin çöküşü və Kürdəmirdə yaşanan kütləvi narazılıqlar C. Cəfərovun aqibətinin də yaxşı olmayacağından xəbər verir.
İddiaya görə, bir neçə gündür həyacan keçirən icra başçısı yerli məmurları otağına yığaraq sədaqət və etibarlı olmaq dərsi keçib. Və otaqlarını diqqətdən keçirmələrini tapşırıb. Məlumata görə, yerli məmurları yüksək aylıq haqqdan azad edəcəyini söz verən rayon rəhbəri onları birlik olmağa çağırıb.
Qeyd edək ki, səhər işə gələn Kürdəmir icra başçısı öz iş otağında saatlarla kamera axtarıblar. Məlumatı verən mənbə bildirir ki, səhər saatlarından bütün otağı yaxın adamları ilə axtaran icra başçılarının kamera tapıb - tapmadığı bəlli deyil. Amma, görünən odur ki,hər icra başçı DTX xofundan ciddi təşvişə düşməsi səbəbsiz deyil.
Onun bildirək ki, icra başçısının bu vəzifədə işlədiyi müddətdə, Bakı şəhərində çox sayda obyektləri, bina evləri, hektarlarla ərazidə bağ evi, əkin sahələri, və sair bahalı mülklərə sahib olduğu da iddia edilir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO