Azərbaycan İdeyası

Azərbaycanda hər müəllimdən ayda 10 manat yığılır? - Təhsil Nazirliyindən AÇIQLAMA

Tarix:26-02-2020, 12:42
Baxış Sayı:130


Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verməsi ilə bağlı videogörüntü paylaşılıb.
Korrupsiya-q.az- ın məlumatına görə, görüntülərdə rayon ərazisində yerləşən hər məktəbdən hər ay 50, 100, 150 manat pul alınması ilə bağlı məlumat da paylaşılıb.
Sosial şəbəkələrdə isə rayonların çoxunda vəziyyətin belə olduğu qeyd edilib.
Redaksiyamıza ünvanlanan məlumatda Bərdə Rayon Təhsil Şöbəsi tərəfindən rayonda yerləşən məktəblərdə dərs deyən müəllimlərdən hər ay 20 manat, kəndlərdən isə 10 manat pul yığılması iddia olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun kollecin direktor müavini İlqar Dursunovun vasitəsilə tələbələrin qış imtahan sessiyasından müvəffəqiyyətlə keçməsi, dərslərdə iştirak etməyənlərin davamiyyətinin nizama salınması, tələbələrin aylıq pul müqabilində dərslərdən buraxılması, digər təhsil müəssisələrindən köçürülməsi və sair hallarla bağlı kütləvi şəkildə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib və saxlanılıb.
Rüşvət qalmaqallarının gündəmə gəldiyi bir vaxtda bu məsələnin nə qədər həqiqət olub-olmadığını dəqiqləşdirmək üçün Təhsil Nazirliyinə sorğu ünvanladıq.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı onlara rəsmi müraciət daxil olmayıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb