Azərbaycan İdeyası

QMİ-dən Həcc ziyarəti açıqlaması - Koronavirus təhlükəsinə görə

Tarix:27-02-2020, 12:20
Baxış Sayı:124


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsi ilə əlaqədar Həcc ziyarətinin dayandırılıb-dayandırılmayacağına aydınlıq gətirib.
QMİ-dən APA-ya bildirilib ki, bu məsələ hələlik gündəmdə deyil:
“Hələlik Səudiyyə Ərəbistanında əməkdaşlıq etdiyimiz şirkətlər tərəfindən Azərbaycana heç bir müraciət daxil olmayıb. Çox güman ki, belə müraciət virusun yayıldığı ölkələrə aid olacaq”.
QMİ-dən bildirilib ki, Həcc ziyarətinə getmək üçün indiyədək 280 nəfər müraciət edib. Ziyarətə getmək üçün sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək. Bu il Həcc ziyarəti üçün kvotanın sayı 1500 nəfər təşkil edir. Ziyarətin qiyməti 4490 ABŞ dolları olacaq.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı yeni koronavirus təhlükəsi ilə əlaqədar Ümrə ziyarətinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.