Azərbaycan İdeyası

Astara xəstəxanasında son vəziyyət: “Sağlamlığımıza görə narahatıq”

Tarix:28-02-2020, 11:40
Baxış Sayı:100


Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən İrandan qayıdan azərbaycanlıların heç bir əsas olmadan xəstəxanada saxlanıldığına dair məlumatlar yayılıb.
Korrupsiya-q.az xəbər verir ki, İrandan qayıdan azərbaycanlılar yüksək hərarətləri olmadığı halda koronavirus şübhəsi ilə Astara Rayon Mərkəzi Xəstəxanasında saxlanılıblar.
Vətəndaşlar iddia edir ki, 25 nəfərin heç birində yüksək hərarət qeydə alınmayıb. Xəstəxanada saxlanılan şəxslərdən dördü Ağstafa, üçü Biləsuvar, üçü Ağcabədi, ikisi Şabran, ikisi Bakı, ikisi Lənkəran, ikisi Şamaxı, ikisi Şirvan, biri Salyan, biri Göyçay, biri İsmayıllı, biri İran, biri isə Almatı vətəndaşıdır.
Xəstəxanada bir neçə dəfə hərarətlərinin ölçüldüyünü deyən şəxslər bildirir ki, heç birinin yüksək hərarəti olmayıb. Həmin şəxslərin hərarəti 35,8 dərəcədən - 36,5 dərəcə arasında olub.
Onlar bildirirlər ki, xəstəxanada şəraitsiz vəziyyətdə qalmaqdan səhhətlərində problem yaşamaqdan qorxurlar:
“Bu xəstəxanada bizi zorla xəstə edəcəklər. Sağlamlığımıza görə narahatıq. Əgər bizi virus şübhəsi ilə saxlayıblarsa, bu cür dağınıq, hər kəslə ünsiyyət qurmağımıza necə icazə verirlər?” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO