Azərbaycan İdeyası

Ermənilər azərbaycanlı jurnalistin yazısını sildirdilər - FOTOFAKT

Tarix:28-02-2020, 12:43
Baxış Sayı:94


Xəbər verdiyimiz kimi, ötən gün azərbaycanlı jurnalist Lev Əsgərovun Rusiyanın məşhur "Nezavisimaya qazeta" qəzetinin veb-səhifəsində 1988-ci ildə Sumqayıtda baş verən hadisələrdən bəhs edən yazısı yayımlanıb.
Yeniavaz.com xəbər verir ki, Lev Əsgərovun "Sumqayıt faciəsi. Necə başlanıb və nə baş verib” (“Сумгаитская трагедия. С чего начиналось и как это было”) başlıqlı məqaləsi Rusiyadakı erməni diasporunun təzyiqi səbəbindən saytdan götürülüb.
Lev Əsgərov bu yazısında müəllif arxiv materiallarına istinadən Sumqayıt hadisələrinin əsl iştirakçılarının ermənilər olduğunu göstərib.
Məlumat üçün bildirək ki, dünən Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Rusiya Baş Prokurorluğuna müraciət edərək azərbaycanlı jurnalist Lev Əsgərovun cəzalandırılmasını tələb edib.
Onu da qeyd edək ki, Əsgərov Lev Mabudoviç 1942-ci il oktyabrın 1-də Bakı yaxınlığındakı Artyom qəsəbəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra neft sənayesində fəhləlik edib. Ordu sıralarında hərbi xidmətdə olub (1959-1962). İlk yazıları "Sovetskiy voin" jurnalında və "Za rodinu" qəzetində çıxıb. Ordudan tərxis edilib Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1962-1967). "Bakinskiy raboçiy", "Trud" qəzetlərinin xüsusi müxbiri (1967-1973), Krasnovodski vilayət partiya komitəsinin birinci katibinin köməkçisi (1973-1975), Bakı Radio zavodunun "İmpuls" qəzetinin redaktoru, Ümumittifaq müəllifləri hüquq cəmiyyətinin respublika şöbəsinin rəis müavini (1976-1982), Azərbaycan Respublikası kitabsevərlər cəmiyyətinin məsul katibi (1982-1985), Dostluq Cəmiyyətində "Sovet Azərbaycanı" jurnalının baş redaktoru (1987-ci ildən) olub. Rus dilində yazıb-yaradır, hekayə, povest və məqalələri dövri mətbuatda dərc olunub. "Mavi dirəklər" (1973), "Zapiski" (1981), "Xüsusi əlaməti yoxdur" (1986) kitablarında oçerk, hekayə və povestləri toplanıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO