Azərbaycan İdeyası

Nazir müavini açıqladı: Azərbaycanda ilk dəfə bu şəxslərə müavinət veriləcək - ÖZƏL

Tarix:4-03-2020, 10:29
Baxış Sayı:107


Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı bir sıra stimullaşdırıcı güzəştlər nəzərdə tutulub.
Bunu Oxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti tərəfindən bir sıra güzəştlərlə bağlı rəy və təkliflər ümumiləşdirilir:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən stimullaşdırıcı güzəştlərlə bağlı təklif verilib. Digər qurumların da rəyləri müzakirə olunur və nəzərə alınmaqla, qərar yekunlaşdırılır”.
A.Kərimov qeyd edib ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” layihəsinin hazırlanmasında bir sıra xarici ölkələrin təcrübəsindən istifadə olunub:
“ABŞ, İngiltərə, Almaniya, Fransa, Kanada, Türkiyə və Latviya kimi ölkələrin təcrübəsindən yararlanmışıq”.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı stimullaşdırıcı şərtlər - Əmək Məcəlləsinə uyğun güzəştlər, vergi güzəştləri, onlara aylıq müavinətlər ayrılması nəzərdə tutulur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.