Azərbaycan İdeyası

Çox pis vəziyyətdə olan tibb müəssisələri əhaliyə necə xidmət göstərir? - FOTO

Tarix:10-03-2020, 17:43
Baxış Sayı:225


Ölkə ərazisində bir sıra tibb müəssisələrinin qənaətbəxş vəziyyətdə olmadığına dair sosial şəbəkələrdə şəkillər yayılıb.
Korrupsiya-q.az xəbər verir ki, həmin tibb müəssisələri pis vəziyyətdə olsalar da, hazırda fəaliyyət göstərirlər.
Bu tibb müəssisələrindən biri Gəncə şəhər 1 saylı Uşaq Poliklinikası, digəri isə Qaradağ rayonu Puta qəsəbəsindəki yararsız vəziyyətdə olan tibb məntəqəsidir.
Hər iki tibb müəssisəsi çox pis vəziyyətdədir. Bu şəraitdə onların vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərəcəyi ciddi şübhələr doğurur.
Məsələyə rəsmi münasibət öyrənmək üçün Oxu.Az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həmin müəssisələrlə bağlı sorğu ünvanlayıb.
Agentliyin cavabında qənaətbəxş vəziyyətdə olmayan tibb müəssisələrinin mövcudluğu təəssüflə qeyd edilib:
“Son 10 il ərzində ölkə başçısı tərəfindən regionlardakı tibb müəssisələrində yenidənqurma işlərinin görülməsi məqsədi ilə maliyyə vəsaiti ayrılıb. Bunun nəticəsidir ki, regionların bir çoxunda yeni inşa edilmiş, müasir tibbi avadanlıqlarla təchiz edilmiş tibb müəssisələri fəaliyyət göstərir. Lakin hələ də bəzi regionlar var ki, orada tibb müəssisələrinin şəraiti qənaətbəxş deyil. Hazırda tibb müəssisələrinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilməsi ilə bağlı təhvil-təslim işləri aparılır. Ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə uyğun olaraq, tibb müəssisələrinin təkmilləşdirilməsi istiqamətində növbə ilə lazımi tədbirlər görülür.
İlkin mərhələdə mərkəzi rayon xəstəxanalarının, növbəti mərhələdə isə artıq ambulator-poliklinik müəssisələrin yenidən qurulması istiqamətində tədbirlər görüləcək. Qeyd edək ki, bəzi regionlarda tibb müəssisələrinin şəraitinin yaxşılaşdırılması məqsədi ilə maliyyə vəsaitinin ayrılması istiqamətində İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi təkliflərini hazırlayıb və aidiyyəti qurumlara təqdim edib”.

 Çox pis vəziyyətdə olan tibb müəssisələri əhaliyə necə xidmət göstərir? - FOTO

 Çox pis vəziyyətdə olan tibb müəssisələri əhaliyə necə xidmət göstərir? - FOTO

 Çox pis vəziyyətdə olan tibb müəssisələri əhaliyə necə xidmət göstərir? - FOTO

 Çox pis vəziyyətdə olan tibb müəssisələri əhaliyə necə xidmət göstərir? - FOTO

 Çox pis vəziyyətdə olan tibb müəssisələri əhaliyə necə xidmət göstərir? - FOTO

 Çox pis vəziyyətdə olan tibb müəssisələri əhaliyə necə xidmət göstərir? - FOTO [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb