Azərbaycan İdeyası

Rüşvətdə ittiham edilən bağça direktoru ilə bağlı qərar elan olundu

Tarix:11-03-2020, 15:30
Baxış Sayı:90

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvət almada təqsirləndirilən Şəfiqə Musazadənin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Korrupsiya-q.az xəbər verir ki, Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Bildirilib ki, təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina edib. Məhkəmə apellyasiya baxışına xitam verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Musazadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan qadın məhkəmə zalında həbs edilib.
İttihama görə, uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyən təqsirləndirilən şəxs daha sonra bir neçə dövlət bağçasının direktoru olub.
2018-ci ildə isə Ş.Musazadə özəl bağça açaraq bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, mühafizəçi kimi işə götürüb.
Lakin bağça aylarla fəaliyyət göstərsə də, burada cəmi 9 uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.
Zərərçəkmişlər Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Şəfiqə Musazadəyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.