Azərbaycan İdeyası

Azərbaycanda koronavirusdan ölən ilk şəxslə bağlı daha bir RƏSMİ AÇIQLAMA

Tarix:13-03-2020, 11:52
Baxış Sayı:131



“Ötən gün COVİD-19-dan dünyasını dəyişən 1969-cu il təvəllüdlü qadın Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ölməyib”.
"Yeni Sabah" bildirir ki, bunu ATU-nun Mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-a sosial şəbəkələrdə koronavirusdan (COVİD-19) ölən xəstənin Universitetdə dünyasını dəyişməsi və iki rezidentə bu virusu yoluxdurması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, həmin şəxs Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna transfer olunmuşdu: “Xəstə köçürüldükdən sonra Tədris Cərrahiyyə Klinikasının Kardiologiya və urologiya şöbəsi boşaldılıb və dezinfeksiya edilib. Hər ehtimala qarşı qadınla təmasda olan 110 nəfərdən analiz götürülüb. Nəticələr neqativ çıxıb”.
G.Aslanova bildirib ki, iki rezidentin bu virusa yoluxması ilə bağlı yayılan məlumatlar yanlışdır.
Qeyd edək ki, sosial şəbəkələrdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında koronavirusa yoluxan xəstənin ölməsi və daha iki rezidenti yoluxdurması, eyni zamanda klinikaların bağlanması ilə bağlı məlumat yayılıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb