Azərbaycan İdeyası

Karantin rejimini pozan 56871 nəfər cərimələnib - RƏSMİ

Tarix:17-04-2020, 11:18
Baxış Sayı:136


Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 15-dən 17-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan altı iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib. Ötən iki gün ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə, ümumilikdə 8970 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib. 23 şəxs inzibati qaydada həbs olunub. Bir cinayət işi üzrə bir nəfər şübhəli şəxs qismində tutulub.
Ümumilikdə, martın 17-dən bu günə qədər xüsusi karantin rejiminin pozulması ilə əlaqədar, doqquz cinayət işi üzrə 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 252 nəfər inzibati həbs edilib, 56 871 nəfərə inzibati cərimə tətbiq olunub, 482 nəfərə xəbərdarlıq edilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO