Azərbaycan İdeyası

“Təbiət qatilləri” üçün nə cərimə əngəldir, nə də karantin

Tarix:1-05-2020, 11:41
Baxış Sayı:117


Ekoloq: “Rüşvət verməyən insanlar cərimələnir və cinayət məsuliyyətinə cəlb olunurlar”
Sovet qanunları meşədəki yaşıllıqları məhv edənlərə qarşı ciddi tədbirləri ehtiva edirdi. Lakin meşəbəyi ilə razılaşaraq, qanunsuz ağac kəsimi ilə sakit şəkildə məşğul olmaq mümkün idi. Meşə ağacları o zaman, əsasən fərdi evlərin tikintisi üçün istifadə olunurdu.
Müstəqillik qazandıqdan sonra meşələrin əhəmiyyəti daha da artdı. İndi meşələrdəki ağaclardan yalnız fərdi evlərin tikintisi üçün deyil, mebel istehsalı, bəzək əşyaları və s. üçün də istifadə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) "yaşıl soyqırım" törədənlərə qarşı intensiv mübarizə apardığını bəyan edir. Məsələn, aprelin 25-də Nazirlik Şirvan şəhəri, Heydər Əliyev prospekti ərazisində qanunsuz olaraq ağacların kəsilməsi barədə məlumat yaydı: "Nazirliyə yerli sakinlər tərəfindən şikayət daxil olub. Bundan sonra ekoloqlar cinayətin səbəblərini araşdırmaq üçün hadisə yerinə gediblər. Müxtəlif növ çoxillik ağacların işini genişləndirmək üçün boş əraziyə ehtiyacı olan Sabirabad rayon sakini Nazir Mənsimov tərəfindən məhv edildiyi məlum olub. Kişi yerli Ekologiya və Təbii Sərvətlər Departamentinin işçiləri ilə məsləhətləşmədən, ona maneçilik törədən ağacları kəsib. Nəticədə Mənsimov 1120 manat məbləğində inzibati cərimə alıb. Zərərin miqdarı cinayət işinin başlanmasına səbəb olduğu üçün, onunla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib”.
Mövcud vəziyyəti AYNA-ya şərh edən ekoloq Elxan Mirzəyev hesab edir ki, əslində, qanunsuz ağac kəsimlərini həyata keçirənlərlə mübarizə standartlara uyğun aparılmır: "Adətən rüşvət verməyən insanlar cərimələnir və cinayət məsuliyyətinə cəlb olunurlar. Rüşvət verənlər isə məsuliyyətdən yayınırlar".
Müsahibimizin sözlərinə görə, hazırda ölkədə xüsusi karantin rejimi hökm sürsə də, meşələrin məhv olunması davam edir: “Bu günlərdə, günün günorta çağı Lerikdə 8 ağac kəsilib, amma Ekologiya və Təbii Sərvətlər Nazirliyi nədənsə bununla bağlı heç bir tədbir görməyib”.
E.Mirzəyev həmin hadisəni lentə aldığını və ictimailəşdirmək niyyətində olduğunu deyib. Həmin videogörüntünü ETSN-ə təqdim etməyi isə mənasız hesab edir: “Bunun heç bir önəmi yoxdur. Onsuz da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müfəttişləri heç bir tədbir görmürlər. Lerikdə meşələrin qırılması üçün 300 manat rüşvət vermək kifayətdir”.
ETSN yanında İctimai Şuranın üzvü, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov da AYNA-ya etiraf edib ki, bəzi yerli məmurlar rəsmi səlahiyyətlərindən istifadə edərək qanunsuz ağac kəsimlərinə göz yumurlar: "Lakin bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin onlara qarşı heç bir tədbir görməməsi demək deyil. Tədbirlər görülür".
ETSN-in mətbuat katibi İradə İbrahimova saytımız vasitəsilə Elxan Mirzəyevdən sözügedən videogörüntüləri Nazirliyə göndərməsini xahiş edib: "Bu videomaterialı araşdıracağıq və mütləq şəkildə lazımi tədbirlər görəcəyik".
"Yaşıl soyqırımı" törədən insanlara və təşkilatlara qarşı cərimələrin və cinayət işlərinin nə qədər təsirli olduğunu bilmirik, ancaq sanksiyaların təkcə bu problemi həll edə bilməyəcəyini düşünürük. Niyə ETSN qayda pozanları təkcə cərimələməlidir? Olmaz ki, bununla yanaşı, həmin şəxslər yaşıllıqları məhv etdikləri ərazidə daha çox sayda ağac əkməyə məcbur edilsinlər?!


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb