Azərbaycan İdeyası

Yaxında Bakı küçələrində tarixi qəhrəmanlar peyda olacaq – Möcüzə gözləyirik

Tarix:1-05-2020, 11:47
Baxış Sayı:123



Nazirlər Kabineti: Karantin rejiminin yüngülləşdirilməsi bərbərxanaların fəaliyyətini bərpa etməsi demək deyil
Azərbaycanda koronavirusun qarşısının alınması məqsədilə martın 24-də tətbiq olunan karantin rejiminin müddəti 4 may 2020-ci ildə bitəcək (əgər yenidən uzadılmasa). Karantin zamanı əksər dövlət və özəl qurumlar müvəqqəti olaraq fəaliyyətlərini dayandırdı.
Karantin müddətində sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri müxtəlif lətifələr, zarafatlar yaratdılar. Biz, şübhəsiz ki, istedadlı xalqıq - Nazirlər Kabineti yanında Operativ Qərargahın hər bir qərarını belə, zarafata (bəzən haqlı olaraq) çevirə bilirik.
Aprelin 24-də Operativ Qərargah karantin rejimini tədricən yumşaltmaq qərarına gəldi. Aprelin 27-dən etibarən icazə verilən xidmətlərin və ticarət sahələrinin siyahısına aşağıdakılar daxildir: kitab və qəzet satışı, geyim satışı, atelyelər və foto studiyaların xidmətləri, mobil telefonlar, kompüter və məişət texnikası, ev təmizliyi xidmətləri və fərdi dərslər (qrup dərsləri istisna olmaqla). Mebel, avtomobil, kosmetika, zərgərlik, çiçək, gübrə və kənd təsərrüfatı texnikası satan obyektlərin fəaliyyətinə də icazə verildi.
Yalnız bərbərxanalar qadağan olunanlar siyasında qaldı. Və əslində, açılması üçün göstəriş verilən obyektlərin siyahısında iki aydan çox, hətta altı ay onlarsız keçinə biləcəyimiz obyektlər də var. Amma bərbərxanalar olmadan keçinmək mümkün deyil.
Nazirlər Kabineti yanında Operativ Qərargah bərbərxanalar və gözəllik salonlarını nə üçün icazə verilən xidmətlər siyahısına daxil etməyib? AYNA-nın sualına Nazirlər Kabinetinin mətbuat xidmətinin əməkdaşı Afaq Əlizadə belə cavab verdi: “Karantin rejiminin yüngülləşdirilməsi bərbərxanaların fəaliyyətini bərpa etməsi demək deyil”.
Sualımıza cavab tapmaq üçün ölkənin baş infeksionisti Cəlal İsayevə müraciət etdik. O da hesab edir ki, bərbərxana və gözəllik salonlarının açılması hələ tezdir: “Bərbərlər müştəriləri ilə çox yaxın əlaqə qururlar və buna görə də onlarla ünsiyyət nəticəsində koronavirus infeksiyası riski olduqca yüksəkdir”.
Lakin Binəqədi rayonunda bərbər işləyən Məmmədəli Əliyev bu qərarla razılaşmır: “İnsanlar işə getməzdən əvvəl səliqəli görünmələri üçün özlərinə çəki-düzən verməlidirlər. Bu gün biz bunu evlərdə etməyə məcburuq, buna görə infeksiya riski, əksinə daha da artmış olur. Bizə koronavirusdan qorunma qaydalarına riayət etmək tapşırılan salonlarda müştərilərə xidmət göstərməyimiz daha yaxşı olardı”.
Televiziyada “Gillette” ülgücünün reklam çarxında çəkilən “Bakılı oğlanlar” klubunun üzvü Bəhram Bağırzadə AYNA-ya açıqlamasında Operativ Qərargahın bərbərxana və gözəllik salonları ilə bağlı qərarını müdafiə etdi. O, hətta zarafata salaraq, ölkə kişilərini köhnə ənənələrə qayıtmağa səslədi: “Axı, türk kişiləri həmişə uzun saç və saqqal saxlayıblar. Beləliklə, öz kökünə qayıtmağın vaxtı yetişib”.
Əlbətdə ki, zarafat pis deyil. Lakin məşhur sovet filmi olan "Şir evdən getdi"ni xatırlayın. Bizim kişilər üçün o filmin personajına bənzər halda işə getmək asan olmayacaq.
Beləliklə, mayın 4-də karantin rejimi ləğv edilərsə, Bakı küçələrində Dədə Qorqud, Qazan xan, Bamsı Beyrək, Koroğlu görkəmli kişilər peyda olacaq. Ya da məşhur "Diriliş Ərtoğrul" serialının qəhrəmanları.
Sosial şəbəkələrdə bərbərxanaların açılmamasına etiraz edən yumoristik paylaşımlar var. Məsələn, onlardan birində deyilir: “İndi biz saçlarımızı yığıb, bir də bantiklə bağlamalıyıq?”.
Ümid edirik ki, növbəti brifinqdə Operativ Qərargahın nümayəndələri bu suala cavab verəcəklər. Və ya heç olmasa, əhaliyə iki ay ərzində saçın uzanmasını necə əngəlləməyin yolunu göstərəcəklər. Axı,Operativ Qərargahın brifinqlərində iştirak edən məmur çox səliqəli qırxılmış saç düzümündə olurlar. Onların karantin qaydalarını pozduqlarını iddia etmədiyimiz üçün, bir versiya üzərində qalırıq: Yəqin ki, onların saçları heç vaxt uzanmır və biz də o möcüzəni görmək istəyirik...


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO