Azərbaycan İdeyası

Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?

Tarix:4-05-2020, 11:49
Baxış Sayı:139


Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd olunan maddələr üzrə təqsiri sübuta yetirilərsə, sabiq icra başçısını hansı cəza gözləyir?
Məsələ ilə bağlı Oxu.Az-ın sualını vəkil Adilə Məmmədova cavablandırıb.
O bildirib ki, məhkəmə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq, cəzaları qismən toplama üsulu ilə birləşdirərsə, M.Quliyev 15 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər:
“Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə irəli sürülən ittihamda vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təkrar rüşvət almaya görə isə əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.3.2-ci maddəsi ilə mənimsəmə külli miqdarda törədildikdə isə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla, beş ildən on ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Bunlar qismən toplandıqda həmin şəxsi 15 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir”.
Xatırladaq ki, aprelin 30-da Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı M.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Anar Tanrıverdiyev M.Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb