Azərbaycan İdeyası

124 manata kirayədə yaşadığını deyən icra başçısının sərvəti (SİYAHI)

Tarix:6-05-2020, 17:46
Baxış Sayı:117


Bu gün DTX tərəfindən saxlanılan İmişlinin icra başçısı Vilyam Hacıyevin sərvəti ilə bağlı siyahı yayılıb.

Həmin siyahını təqdim edirik:

▪️ Bakıda, Həsən Əliyev küçəsində villa

▪️ Bakı, "Sahil" metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil

▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil

▪️ Bakı, Teymur Əliyev küç. "Milyonerlər məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villa

▪️ İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil

▪️ Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil

▪️ Dubayda milyonluq biznesi

▪️ Qazaxıstanda tikinti biznesi

▪️ İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.
Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. V.Hacıyevin oğlu Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

▪️ 10-PP-369 dövlət nömrə nişanlı "Bentley"

▪️ Eyni nömrə nişanlı "Land Rover"

▪️ 90-AA-369 dövlət nömrə nişanlı "Mercedes S class"

▪️ Həmçinin son model "Mercedes Gelandewagen".

Xatırladaq ki, bir müddət öncə İmişli Rayon İcra Hakimiyyəti icra başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirmişdi. Vilyam Hacıyev İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını iddia etmişdi. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO