Azərbaycan İdeyası

“KOB Dostu” ofisləri yenidən sahibkarların xidmətindədir

Tarix:8-05-2020, 14:04
Baxış Sayı:215

Mayın 4-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” ofislərində mikro, kiçik və orta sahibkarlara dəstək və xidmətlərin göstərilməsinə başlanılıb.
Sahibkarların “KOB Dostu” ofislərinə müraciəti zamanı “KOB könüllüləri” Nazirlər Kabineti yanında operativ qərargahın təqdim etdiyi zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl olunmasına nəzarət edirlər.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən KOB dostları isə sahibkarlara göstərilən dəstək və xidmətləri onlayn formada davam etdirirlər.
Qeyd edək ki, “KOB Dostu” mexanizmi KOBİA-nın mikro, kiçik və orta sahibkarlara başlıca dəstək mexanizmlərindən olmaqla, Agentliyin ölkə regionlarındakı nümayəndələridir. Ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən 22 KOB Dostu tərəfindən sahibkarlara informasiya, məsləhət, əlaqələndirmə, təlim-tədris, hüquqi yardım, maraqların müdafiəsi, bazarlara çıxışın yaxşılaşdırılması və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir.
Xüsusi karantin rejimində KOB dostları sahibkarlara onlayn xidmətlər göstərir. KOB Dostu şəbəkəsi vasitəsilə ölkənin bütün inzibati rayonları əhatə olunmaqla koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə çalışan sahibkarların dövlətin maliyyə-iqtisadi dəstək mexanizmləri barədə məlumatlandırılması və suallarının cavablandırılması üçün 10 minə yaxın sahibkarlıq subyektinin iştirakı ilə onlayn tədbirlər təşkil olunub. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA