Azərbaycan İdeyası

ŞOK: Zərdab rayonu Alıcanlı kənd bələdiyyəsinin sədri Habil Əsədovun cənab Prezidentə XƏYANƏTİ

Tarix:2-06-2020, 15:36
Baxış Sayı:72

Bu gün xalq arasında, el-oba ətrafında və ictimaiyyət içində reytinqi reputasiyasi nüfuzu yüksək olan insanlar məhz onlara dəyər -qiymət verən insanlar tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülür və həmin əhali tərəfindən dəstək alır. Həmin şəxslərdə onlara səs vermiş sakinlərin daim etimadını qazanmağa, xalqa xidmət etməyə,onların problemlərini qanun çərçivəsində həll etməyə və bu yolda hər zaman xalqın sözünü eşitməyə borcludurlar, məsuliyyət daşıyırlar. Amma çox təəssüflər olsun ki, bəziləri sonradan xalqın yox yuxarıların sözünü eşitməyə,harınlaşmış məmurların qanunsuz tapşırıqlarını yerinə yetirməyə səy göstərərək başqalarının əlində alətə çevrilirlər. Bu da onların harınlaşmasına, qanunları qulaq ardına vurmasına, yerli özünü idarə etmə orqanının əhali içində nüfuzdan düşməsinə və vətəndaş cəmiyyətinin iflasına -deqradasiyasına gətirib cıxarır. Belə hallarda camaatla bələdiyyə orqanları arasında inamsızlıq yaradır, müəyyən ziddiyyətlər təşkil edərək dövlətdən narazı salır.

Zərdab rayonu Alıcanlı kənd bələdiyyəsinin sədri Habil Əsədov həzrətləri belə pis numunələrdən biridir. O artıq öz etibarını, etimadını çoxdan itirmiş bələdiyyə sədri olaraq camaatla feodial kəndxudası kimi kobud rəftar edir.

Bu gün kənd camaatı Habil kəndxudanın qanunsuz əməllərindən beziblər. O kənd ağsaqqalarının,kənd camaatının xahişlərinə məhəl qoymayaraq hansısa məmurun qanunsuz tapşırıqlarını yerinə yetirməklə məşğuldur. Habil bəyin öz camaatına etdiyi qanunsuzluqların,haqsızlıqların və zülmün həddi tayı bərabəri yoxdur. Hələ neçə illər bundan qabaq kəndin dədə -baba örüş torpağlarını özününküləşdirmək məqsədi ilə bəzı sakinlərlə əlbir olaraq,bəzilərində aldadaraq saxta akt tərtib edərək bələdiyyə mülkiyyəti olması barədə həmin akta qol çəkdirmişdir. "Qəhrəmanımız "-kənd camaatının rəyini nəzərə almadan,onlarla hesablaşmadan həmin örüş torpağlarını öz korporativ maraqları müqabilində hansısa məmura,imkanlıya,şirkətə qanunsuz sənədləşmə apararaq peşkəş edib. Bu gün Alıcanlı əhalisi öz mal -qarasını otarmağa,əkib becərməyə yer tapmır. Sakinlərin dediyinə görə bəzi əraziləri "Xundayla"-ekskavatorla qazdıraraq mal qara üçün süni maneələr yaratmışdır. Bəla orasındadı ki kənd camaatl həm Habil bəy tərəfindən həm də torpaq icarədarları tərəfindən təqiblərə -təhqirlərə məruz qalırlar. Hələ bu azmış kimi məhkəmələrə verilir,məhkəmə çəkişmələrinə məruz qalırlar. Bəli bu həmin örüş yeri olan -420-hektar ərazinin faciəvi talehidir. Öz səlahiyyətindən,statusundan sui istifadə edən Habil Əsədov öz camaatına qənim kəsilərək onların haqlı tələblərini qulaqardına vurur,iradlara məhəl qoymur, problemlərin hüquqi müstəvidə həll olunmasına ənğəl yaradır. Məhz O guya hansısa müqaviləyə xitam verilməsi üçün camaatdan pul yığılmasını məsləhət görmüşdir. Həmin pulu Göyçay rayonunda hansısa ədliyyə orqanı ilə danışaraq hansısa qərarın müqavilənin xitam verilməsinə yönləndirəcəkdir.
Bu gün Habil bəy kəndi bələdiyyəni öz çirkin məqsədləri üçün istismar edir. Sakinlərlə görüşüb söhbət edəndə eşitdik ki onun rəhbərlik etdiyi bələdiyyə ərazisində balıq gölləri mövcuddur.
Söhbətdən belə məlum oldu ki kənd -bələdiyyə inzibati ərazisi demək olarsa Əsədovların inhisarındadır. Yaxın qohumu olan kənd icra nümayəndəsi Əsədov Ətraf yüksək səvıyyədə Habil Əsədovu himayə edir. Dəfələrlə kənd camaatının Ətraf müəllimə müraciət etmələrinə baxmayaraq heç bir ölçü götürülməmiş, sakinlərin haqlı tələbləri qulaqardına vurulmuşdur.
Zərdab rayonunun bəzi kəndləri kimi Cilovxanll kəndi, -1-ci,-2-ci Alıcanlı kəndi də dədə babadan sırf əkinçiliklə heyvandarlıqla məşğul olan əhalisi ilə tanınıb. Təssüflər olsun ki nə əkib
becərməyə nə də heyvandarlıqla məşğul olmağa nə yer var nə də şərait. Görəsən camaatı bu qədər incitməyə səbəb nədir? Bu məmur kimə belə arxayındır? Bir zamanlar Zərdaba rəhbərlik etmiş Lütfəli Babayevin qanunsuz tapşırıqlarını yerinə yetirməklə məşğul olan məmurlardan biridə məhz Habil Əsədov deyilmi? Dövlət başçısı İlham Əliyev cənablarının tövsiyyələri mesajları Zərdaba -şəxsən Habil Əsədova çatmırmı? Görəsən kəndxuda Habil Əsədov başa düşürmi ki bu zəhmətkeş xalqı öz Dövlətindən öz Prezidentindən narazı salaraq camaatl ayağa qaldırır? Hardandı bu qədər harınlıq arxayınçılıq? Burda mənəm Bağdadda kor xəlifə mesajını camaata istehza -ironiya ilə verən Habil kəndxuda başa düşürmi ki bir gün qanun qarşısında cavab verəcəkdir!
Öz qaynı İsmayılov Fərmanı bələdiyyənin mühasibi təyin edərək bələdiyyəni öz şəxsi firması kimi idarə edir. Məhz onun əli ilə,iştirakı ilə camaata tədiyyə bildirişi paylayaraq heç bir ad göstərmədən ötən illər üçin -2015 -dən bəri və o biri illər üçün borcların yığılıb qalması barədə hansısa şübhəli hesaba pul köçürülməsi barədə möhür vurub sənəd imzalamışdır. Əlbəttə yaxşı bilirik ki əmlak torpaq vergisi bələdiyyələrə ödənməlidir. Bu qanunlada tənzimlənir. Amma kimin nə qədər borclu olması barədə bələdiyyə vergi şöbəsinin təqdim etdiyi dəqiq tədiyyə bildirişi olmalıdır. O bundanda öz çirkin məqsədləri üçün istifadə edir. Nə xalqa hesabat verir nə də saya salır. Sakinlərin dediyinə görə bələdiyyə torpaqları adı altında bələdiyyə mülkiyyəti kimi bəzi ərazilərdə taxıl əkdirir,ot yığdırır. Sonrada satıb heç kimə dəxli yoxdu deyib hesabat vermir
Maraqlısı odur ki bu gun Habil müəllim və dörd qardaşı -2-ci qrup əlil kimi sosial müavinət pensiya alır. Sakinlərin dediyinə görə vərəm xəstəliyi ilə əlaqədar özünə və qardaşlarına hansısa təşəkkürin -hörmətin müqabilində bu imtiyaza sahib olublar .
Bu gün Habil bəyin xanımı Əsədova Hökümə Alıcanlı kənd orta məktəbində hansısa müqavilə əsnasında Direktorluq edir. Çox güman ki istər Zərdab təhsil şöbəsı istərsə də Rayon rəhbərliyi Habil bəyin -kəndxudanın qonaqpərvırliyin -səxavətin nəzərə alıb. Demək olarsa kənd Habil bəyin tamamilə inhisarındadır.
Biz sakinlərlə görüşəndə bütün bu qanunsuzluqlar barədə eşitdik,insanların incidilməsinin elə öz dillərindən eşidilməsinin şahidi olduq. Alıcanlı kəndinin sakinləri Dövlət başçısından imdad diləyir və bu işin nəzarətə götürülməsini xahiş edirlər. Biz də Azerinfo.az olaraq qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq. İnanırıq ki, bu məsələ yaxın günlərdə öz həllini tapacaqdır.

ŞOK: Zərdab rayonu Alıcanlı kənd bələdiyyəsinin sədri Habil Əsədovun cənab Prezidentə XƏYANƏTİ [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb