Azərbaycan İdeyası

Bilərəkdən başqasını koronavirusa yoluxduran şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar - XƏBƏRDARLIQ

Tarix:4-06-2020, 17:37
Baxış Sayı:95


“Bilərəkdən digər vətəndaşı koronavirusa yoluxduran şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.
Korrupsiya-q.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, karantin rejiminin bilərəkdən pozulması inzibati məsuliyyət yaratmır:
“Vətəndaşlar arasında bilərəkdən karantin rejiminin pozulması və bu səbəbdən digər şəxslərin virusa yoluxması birbaşa cinayət məsuliyyətidir. Biometrik faktorlarla bu kimi halların müəyyən edilməsi və cərimələrin tətbiq edilməsinə nə gərək var? İnsanlar birmənalı başa düşməlidirlər ki, polisin vəzifəsi cərimə tətbiq etmək deyil.
Monitorinqlərin nəticələrinə əsasən deyirəm ki, tibbi maskaların istifadəsinin tövsiyə xarakterli olduğu müddətdə kifayət qədər insan küçələrdə, ictimai nəqliyyat vasitələrində bu qoruyucu vasitədən istifadə etmirdi. Avtobusla hərəkət edən 15 nəfərdən maksimum 5-i tibbi maskadan istifadə edirdi. Bu məsələyə birmənalı olaraq ictimai nəzarət olmalıdır. 65 yaşdan yuxarı şəxslər də daxil olmaqla, hər kəs öz sağlamlığı üçün qaydalara riayət etməli, digərlərinə də bunları məsləhət görməlidir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO