Azərbaycan İdeyası

İcazəsiz reklam yayan obyektlərin sayı açıqlanıb

Tarix:9-06-2020, 15:11
Baxış Sayı:62


2019-cu ərzində ölkə üzrə açıq məkanda reklam yerləşdirilməsinə dair sahibkarlarla bağlanılmış icazə müqavilələri əsasında 57 494 reklam daşıyıcısına icazə sənədləri verilib.
Korrupsiya-q.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) 2019-cu il üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, il ərzində açıq məkanda icazə sənədləri olmadan reklam yayımlayan obyektlərin (sahibkarlıq subyektlərinin) müəyyən olunması məqsədilə monitorinqlərin aparılması nəticəsində Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron inzibati rayonunda ümumilikdə 3 800-ə yaxın obyektə baxış keçirilib.
Müvafiq icazə sənədləri olmadan açıq məkanda reklam yayımlayan 1 835 obyekt aşkar edilib.
Eyni zamanda, estetik cəhətdən yararsız və ümumi görünüşə xələl gətirən reklamların, həmçinin müvafiq qanunvericilik aktları ilə qadağan olunmuş reklamların yayımının müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə əlavə monitorinqlər aparılıb.
Nəticədə 3 518 halda estetik cəhətdən yararsız və ümumi görünüşə xələl gətirən, habelə 328 halda müvafiq qanunvericilik aktları ilə qadağan olunmuş reklamların açıq məkanda yayımlanması faktı aşkar edilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO