Azərbaycan İdeyası

Koronavirusun dünya daşınmaz əmlak bazarına təsiri hesablandı

Tarix:10-06-2020, 13:50
Baxış Sayı:62


Qlobal daşınmaz əmlak icarəsi bazarının həcmi 2020-ci ildə 1,79 trilyon dollara qədər arta bilər.
Bu barədə “Research and Markets” portalında yayımlanan araşdırmada bildirilib.
Açıqlanan məlumatlara görə, 2019-cu ildə bazarın həcmi 1,76 trilyon dollar təşkil edib. 2020-ci ildə bu məbləğin 1,6 faiz artacağı gözlənilir. Artımın bu qədər zəifləməsi koronavirus pandemiyasının təsiri ilə ortaya çıxan iqtisadi problemlərlə izah olunur.
Mütəxəssislər 2021-ci ildə kirayə bazarında qiymətin yüksəlməsinin bərpa olunacağını proqnozlaşdırırlar. 2023-cü ilə gözləntilərə görə, bazarın həcmi 2,22 trilyon dollara çatacaq.
2019-cu ildə əmlak icarəsi bazarının 32 faizi Asiya-Sakit Okean bölgəsində cəmləşmişdi, Qərbi Avropanın payı isə 29 faiz idi.
Bundan əvvəl, mart ayında koronavirus pandemiyası səbəbindən bir sıra ölkələrdə mənzilə tələbatın artdığı bildirilmişdi. Hazırda investorları ilk növbədə ABŞ, Karib hövzəsi ölkələri, İspaniya, Böyük Britaniya və Almaniyadakı obyektlər maraqlandırır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.